Journal article

Azərbaycanda Xanəndəlik Sənətinin Inkişaf Xüsusiyyətləri

Abstract

Xanəndəlik sənəti qədim ustad ənənələrinə əsaslanan bir sənətdir. Xanəndələr ustadlarından muğamın sirlərini öyrənərək, ənənələrini davam və inkişaf etdirirlər və özünəməxsus xüsusiyyətlərlə zənginləşdirirlər. Xanəndələr - klassik ənənələrə əsaslanan muğam ifaçısı olub, musiqi mədəniyyətini öz yaradıcılıq - ifaçılıq fəaliyyəti ilə zənginləşdirmişdir. Xanəndələrin sazanda dəstələrinin müşayiətilə ifa edərək yaratdıqları muğamlar nadir sənət nümunələri kimi milli musiqi xəzinəsinə daxil olmuşdur. Eyni zamanda, xanəndələr – öz biliklərini və ənənələrini gələcək nəsillərə ötürən ustad, müəllimdir, Azərbaycan bəstəkarlarının operalarında və vokal-instrumental əsərlərində əsas partiyalarda çıxış edən konsert və opera ifaçısıdır. Xanəndə kadrlarının hazırlanması, konsertlərdə və muğam operalarında çıxış edən xanəndələrin yetişməsində Azərbaycanın ustad xanəndələrinin əməyi qeyd olunmalıdır.

Keywords

muğamxanəndəənənələrkonsertopera

127 views · 14 downloads