IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Karadeniz Araştırmaları
  • Volume:19 Issue:76
  • FOLKLORLAŞAN RİTUAL-MİSTİK XARAKTERLİ ŞƏBİH TEATRI

FOLKLORLAŞAN RİTUAL-MİSTİK XARAKTERLİ ŞƏBİH TEATRI

Authors : Fuzuli BAYAT
Pages : 1217-1232
Doi:10.56694/karadearas.1220642
View : 31 | Download : 11
Publication Date : 2022-12-21
Article Type : Research Paper
Abstract :Geniş mənada hər canlıda, konkret olaraq hər insanda doğuşdan var olan oyun bütün funksiya və anlamlarına baxmayaraq əslində təqlid qabiliyyətinin üzə çıxmasıdır. Şəbih çıxarmaq dini hislərimizin, dini sevgimizin və bu yolda çəkilən acıların ehtiyacını ödəməklə rahatlama üsuludur, borcu ödəmədir. Şəbihlə müsəlmanlar öz varlıqlarına, qısacası, nəfslərinə sahib çıxmağı öyrənmiş olurlar. Fəlsəfi baxımdan Şəbih, həyatın bizdən tələb edəcəyi Haqq yolunda şərtsiz şəhid olmağa hazırlıqdır. Min illərdir davam edən taziyələr, xatırlamalar, Kərbəlanı diri tutmaq üçündür. Şəbih Kərbəladan çox-çox öncələr var olan ritual-mifoloji dünyamızın dini-mistik lay üzərinə keçirilməsi, ritualın yeni formada, yeni məzmunda yaşadılmasıdır. Şəbih oyunu həm formaca, həm də mənaca dini xarakter daşımasına baxmayaraq xalq teatrının bütün ünsürlərini özündə ehtiva etmişdir. Əslində xalq teatrının, xüsusən də Şəbih meydan tamaşasının dini-mifoloji, ritual bağlamlı olduğu çoxdan isbat edilmişdir. Belə ki, özünəməxsus dramaturgiyası və teatr poetikası olan Şəbihlərin ən bilinəni Kərbəla müsibətinə həsr olunanı, əsas münaqişə xəttinin Hz.Əlinin üçüncü oğlu İmam Hüseynin dinin əxlaqını, dinin mənəviyyatını pozan, xilafəti zorla ələ keçirən Müaviyənin oğlu Yezidə qarşı həm silahlı, həm də mənəvi cihadıdır. Kərbəla dastanının son həlqəsi olan Şəbih tamaşası sadə olduğu qədər mürəkkəb, bəsit olduğu qədər də mükəmməl süjet xəttinə, teatral özəlliyə sahibdir. Şəbih teatrı ilə bağlı bu yazıda Şəbihin ritual-mifoloji təməlinin oyunun strukturundan tutmuş, onun məzmununa, mənasına, funksiyasına qədər bir çox məsələləri ehtiva etdiyi göstərilmişdir.
Keywords : Şəbih Teatrı, Ritual Mifoloji Aspekt, Meydan Tamaşası, Dini Mistik, Oyun, Shabih theatre, Ritual Mythological Aspect, Square Performance, Religious Mystical, Game

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026