Journal article

GUAM ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN – UKRAYNA MÜNASİBƏTLƏRİ

Abstract

Bu çalışmada  GUAM  çərçivəsində Azərbaycan  ilə Ukrayna arasında əlaqələrin  inkişaf  tendensiyası təhlil edilib.  Əvvəla,  məqalədə  GUAM  təşkilatının yaranmasının tarixi şərtlərindən danışılır.  Qeyd olunur ki, GUAM formatında əməkdaşlıq təşkilat üzvlərinin iqtisadiyyatının inkişafı üçün yeni imkanlar  açdı. GUAM çərçivəsində Azərbaycanla Ukrayna arasında əlaqələr dinamik xarakter daşıyırdı. Tərəflər yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirdi. Məqalədə Sovet İttifaqının parçalanmasından  sonra Azərbaycanla Ukrayna arasında əlaqələrin inkişafı nəzərdən keçirilir.  Qeyd edək ki, Sovet İttifaqının dağılmasından sonra Azərbaycan və Ukraynanın müxtəlif xarakterli sıx əməkdaşlığının yaradılmasına böyük maraq  göstərildi. Azərbaycanla Ukrayna arasındakı münasibətlərin inkişafında Heydər Əliyevin  həlledici rolu olmu şdur .  Tərəflər arasında GUAM çərçivəsində əməkdaşlıq müxtəlif sahələrdə inkişaf edir.

Keywords

GUAMAzərbaycanUkraynaAvropa

42 views · 14 downloads