IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Uluslararası Türk Dünyası Araştırmaları Dergisi
  • Volume:2 Issue:3
  • AZƏRBAYCAN RESPUBLİKASINDA HƏYATA KEÇİRİLƏN SOSİAL-İQTİSADİ TƏDBİRLƏR- ƏRZAQ TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏSİ...

AZƏRBAYCAN RESPUBLİKASINDA HƏYATA KEÇİRİLƏN SOSİAL-İQTİSADİ TƏDBİRLƏR- ƏRZAQ TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏSİNİN HƏLLİ YOLLARI (2004-2014)

Authors : Gunel ADIGÖZELOVA
Pages : 32-38
View : 18 | Download : 9
Publication Date : 2019-07-31
Article Type : Research Paper
Abstract :2004-2014-cü illər Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında böyük dönüş nöqtəsi yaradan bir dövr hesab olunur. Prezident İlham Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra, inkişafda varislik saxlanmaqla, inkişafın yeni mərhələsi başlandı. Respublikada iqtisadi yüksəlişin təmin olunmasında neft sənayesinin və ondan əldə olunan gəlirlərin rolu böyükdür. Azərbaycan neftinin dünya bazarına çıxarılması ölkəyə daxil olan valyutanın miqdarının artması ilə  nəticələnəcəyi əvvəlcədən proqnozlaşdırılmış və əldə olunacaq maliyyə vəsaitlərindən istifadənin səmərəliliyinin, şəffaflığının artırılması istiqamətində müəyyən hazırlıq işləri görülmüşdür. Ölkə başçısı dəfələrlə öz çıxışlarında bu barədə geniş söhbət açmış və yürüdülən siyasətin dövlətin deyil, ancaq xalqın milli mənafeyinə xidmət etdiyini bildirmişdir. Bu baxımdan qəbul olunan bütün proqramlar, qanunlar, tədbirlər planı birbaşa dövlətin nəzarəti altında həyata keçirilir. Müxtəlif istiqamətləri  əhatə edən insan kapitalı sosial-iqtisadi, siyasi və hüquqi sahələrə ciddi təsir etmək imkanlarına malikdir. Yəni, qeyd olunan  amillər insanın cəmiyyətdəki yerini və rolunu  müəyyənləşdirməklə yanaşı, onun həyat səviyyəsini də səciyyələndirir. Təsadüfi deyildir ki, yüksək inkişaf etmiş ölkələrin milli sərvətində insan kapitalı əhəmiyyətli yer tutur. Hal-hazırda da bizim ölkə siyasətinin də əsasında bu durur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında bu məsələyə toxunur, dövlətin hər zaman vətəndaşının yaninda olduğunu, onu qoruduğunu vurğulayır. Xüsusən də yoxsulluq və işsizlik kimi problemlərin aktual olduğu bir dövrdə ərzaq təhlükəsizliyi və təminatı məsələsi dövlətin daim diqqət mərkəzindədir və bu sahədə islahatlar hələ də davam etməkdədir.
Keywords : Neft, kapital, investisiya, şirkət, saziş

ORIGINAL ARTICLE URL
VIEW PAPER (PDF)

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2025