IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Uluslararası Türk Dünyası Araştırmaları Dergisi
  • Volume:5 Issue:3
  • MİRZƏ ƏLƏKBƏR SABİR YARADICILIĞINDA YENİ HƏYATA ÇAĞIRIŞ

MİRZƏ ƏLƏKBƏR SABİR YARADICILIĞINDA YENİ HƏYATA ÇAĞIRIŞ

Authors : Aida BABUTCU
Pages : 1-10
View : 15 | Download : 14
Publication Date : 2022-07-28
Article Type : Research Paper
Abstract :Mirzə Ələkbər Sabir insert ignore into journalissuearticles values(1862-1911); Azərbaycan ədəbiyyatı tarixində üslub sadəliyi, mövzu rəngarəngliyi, forma müxtəlifliyi cəhətdən xüsusilə seçilən bir şair kimi şöhrət qazanmışdır. Çoxəsrlik ənənələri olan satirik şeirimizin ən parlaq səhifələrini, xalqımızın ruhunu Sabir yaradıcılığında oxuyub tanıya bilərik. Ədəbiyyatımızda süjetli satiranın ilk örnəklərini yaradan Sabir sadəcə satiranı davam etdirməmiş, janrın xüsusiyyətlərinin onun zəmanəsində xalqının mental keyfiyyətlərini, mənəvi-əxlaqi dəyərlərini ifadə etmək baxımından da nə qədər uyğun bədii vasitə olduğunu əsərləriylə sübut etmişdir. İlk şeirlərini klassik ənənələr əsasında qələmə alsa da, M.Ə.Sabir ədəbi fəaliyyəti dövründə dini mərsiyələr, lirik şeirlər, felyetonlar, məqalələr yazmış, tərcüməçiliklə də məşğul olmuşdur. Milli satirik şeirimizə taziyanə, qırmanc, satirik marş, bəhri-təvil, sual-cavab janrlarını gətirən böyük şairimiz üçün gülüşün və kinayənin insan psixologiyasındakı rolu - islahedici keyfiyyəti başlıca bədii silah idi. Türk-müsəlman dünyasında milli geriliyə səbəb olan hər şey Sabir qələmində qamçılanmışdır. Yaradıcılığı boyu yeni mövzular axtarıb tapmağa çalışmış Sabir həyatın müxtəlif sahələrinə nüfuz etmiş, təkrardan qaçmış, humanizmin, demokratik ideyaların, milli dirçəlişin fədakar carçılarından olmuşdur. Böyük şair cəhalət dünyasında səadət günəşi doğacağına və bu günəşin ziyasından qaranlıqlar aləminin işıqlanıb nura boyanacağına inanırdı. Məqaləmizdə böyük Azərbaycan şairinin əsərlərində diqqəti cəlb edən yeni həyata çağırış ruhlu mövzular - məktəb, tərbiyə, ailə məsələləri, milli qürur və qeyrət məsələlərindən bəhs olunacaqdır.
Keywords : Sabir, üslub, mental, felyeton, islahedici, demokratik, cəhalət

ORIGINAL ARTICLE URL
VIEW PAPER (PDF)

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2025