IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
  • Volume:3 Issue:1
  • ÜMUMTÜRK ƏDƏBİYYATINDA “DASTAN” ANLAYIŞI

ÜMUMTÜRK ƏDƏBİYYATINDA “DASTAN” ANLAYIŞI

Authors : Aynur SEFERLİ
Pages : 133-139
Doi:10.30563/turklad.507388
View : 18 | Download : 9
Publication Date : 2019-06-20
Article Type : Research Paper
Abstract :Dastançılıq xalqın bir neçə əsrlik milli-məişət həyatını gözəllik və əlvanlığı, təzad və ziddiyyətləri ilə özündə əks etdirən öncül bədii düşüncənin məhsuludur. Epik ənənə sadə təhkiyəçilikdən peşəkar ifaçılığa qədər inkişaf yolu keçmiş, milli dastan yaradıcılığı üçün erkən zəmin hazırlamışdır. Tədqiqatçılar mif formulalarını “qədim türk dastanı” vahidi kimi qəbul edib, dastan mətni kimi tədqiqata cəlb edirlər. Qədim türkün epik təfəkküründə daha qüdrətli  bir yaradıcılıq ənənəsi –xalq nəsri formalaşmışdı. Baxşı yaradıcılığının yekunu kimi Mərkəzi Asiya eposu yaddaşda hələ yekunlaşıb başa çatmamışdır.      Bu regionun eposçuluq ənənəsindəki epik-romantik yaradıcılıq üslubu sonrakı dövr dastan yaradıcılığı üçün eyni, oxşar və analoji koordinatlarda davam etməkdədir. “Dastan” sözü çoxmənalı söz kimi bacarıq, məharət, hiylə nümayiş etdirən, həm də qəhrəmanlıq, sevgi macərasını əks etdirən əhvalat deməkdir. Bir istilah kimi  bu söz musiqi havası, melodiya və b. mənalarda işlənməkdədir. Qədim türk dastanı əsasən e.ə I minilliyin ortalarında meydana çıxmışdır. Lakin epos ənənəsinə uyğun olaraq, daha qədim dövrlərin hadisələri, ictimai, etnik, estetik əhval-ruhiyyəsi də onlarda öz əksini tapmışdır. Məqalədə türk epos mədəniyyətinin  üç mərhələsindən insert ignore into journalissuearticles values(  Qədim, Orta əsrlər, Yeni dövr türk epos mədəniyyətindən bəhs olunur. Türk-oğuz epik ənənəsinin əsas daşıyıcısı olan oğuznamələrin erkən orta çağlardan başlayaraq Şərq-islam konteksti daxilində öz əvvəlki fəal tarixi mövqeyini itirdiyi vurğulanır.
Keywords : Dastançılıq, mif yaradıcılığı, türk eposu, cəngavərlik həyatı

ORIGINAL ARTICLE URL
VIEW PAPER (PDF)

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2025