Journal article

HƏR KƏSİN TANIDIĞI AŞIQ-ŞAİR MOLLA CÜMƏ, YAXUD MƏLUM AŞIQ BARƏDƏ NAMƏLUM HƏQİQƏTLƏR

Abstract

Məqalədə XIX-XX əsr Azərbaycan ozan-aşıq sənətinin görkəmli nümayəndəsi Layısqılı Molla Cümə haqqında elmi mənbələrdə mövcud olan məlumatlara aydınlıq gətirilir. Aşıq-şairin doğum-ölüm tarixi və yeri, adı və şəcərəsi, sevgilisi İsmipünhanın kimliyi, həyat və yaradıcılığından bəzi məqamlar, ailəsinin taleyi, eləcə də qətlə yetirilməsinin təfərrüatları açıqlanır, bu günədək mövcud olan yanlışlıqlar faktlar vasitəsilə təkzib edilir. Məqalədə qaldırılan məsələlərin folklorşünaslıq elminin inkişafına fayda gətirəcəyinə ümidimiz böyükdür

Keywords

AşıqMolla CüməŞəkiLayısqıİsmipünhan

34 views · 9 downloads