IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
  • Volume:4 Issue:1
  • NURMƏHƏMMƏD ƏNDƏLİBİN QƏZƏLLƏRİNİN DİL VƏ MƏZMUN XÜSUSİYYƏTLƏRİ

NURMƏHƏMMƏD ƏNDƏLİBİN QƏZƏLLƏRİNİN DİL VƏ MƏZMUN XÜSUSİYYƏTLƏRİ

Authors : Aynur SEFERLİ
Pages : 91-99
Doi:10.30563/turklad.715009
View : 18 | Download : 17
Publication Date : 2020-06-20
Article Type : Research Paper
Abstract :Qəzəllərini incələdiyimiz Nurməhəmməd Əndəlib ərəb və fars dillərini çox yaxşı bilən və bunu şeirlərində göstərən, dövrünün mədəni səviyyəli alim bir şairidir. Şəkil baxımından 5-11 beytdən yaranan qəzəllərində tam və zəngin qafiyə ilə rədiflər ahəngi yaratmağa kömək etmişdir. Beş fərqli əruz vəznini uğurla istifadə edən şairin qəzəllərində Türkməncə kəlimələr çoxluq təşkil etsə də, ərəb və fars sözlərinə daha çox yer verilmişdir. Aşiq məşuq münasibətlərini ustaca ələ alan şair xüsusilə sevgilini çok konkret ifadələrlə təsvir etmiş, adətən gözlər önünə mükəmməl bir sevgili tipi sərmişdir. Qürbəti ələ alan bir qəzəli istisna olmaqla təbiəti və baharın gəlişindən bəhs edən qəzəli də diqqət çəkməkdədir.  Şərq xalqlarının ədəbiyyat və folklorunu mükəmməl bilən Əndəlibin bu dillərdə də əsər yazdığı və həmin dillərdən tərcümələr etdiyi haqda da məlumatlar var.Yaradıcılığında mühüm yer tutan lirik janrın müxəmməs, müstəzad, mürəbbe, müsəddəs, varsağı, qoşma, qəzəl kimi növlərində yüksək bədii poetik dəyərə malik ölməz sənət əsərləri yaratmışdır. Əndəlib həmin şeir nümunələrində dövrünün ədalətsizlik və özbaşınalığına, hakim feodal-ruhani əxlaqının mənəvi əsarətinə, nadanlığa, ictimai qayda-qanunlara, insan şəxsiyyətinin alçaldılmasına qarşı çıxaraq həyat hadisələrinə öz ədalətli münasibətini bildirmişdir. Qafiyənin çoxmüxtəlifliyinə və çoxsaylılığına imkan verən digər şeir formalarında şair daha rahat davranmışdır. Nəticə olaraq istər şəkil, istərsə məzmun baxımından qəzəl növünün xüsusiyyətlərini tamamilə əks etdirən Əndəlib bacarıqlı bir qəzəl şairi olaraq qəbul edilməkdədir.
Keywords : Türkmən Ədəbiyyatı, Əndəlib, Qəzəl, Əruz Qəlibi, Qafiyə, Rədif

ORIGINAL ARTICLE URL
VIEW PAPER (PDF)

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2025