IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
  • Volume:4 Issue:1
  • AZƏRBAYCAN ƏFSANƏLƏRİNİN SÜJET XÜSUSİYYƏTLƏRİ

AZƏRBAYCAN ƏFSANƏLƏRİNİN SÜJET XÜSUSİYYƏTLƏRİ

Authors : Elnara AMİRLİ
Pages : 120-127
Doi:10.30563/turklad.721833
View : 17 | Download : 10
Publication Date : 2020-06-20
Article Type : Research Paper
Abstract :Epik folklorun kiçik həcmli janrı olan əfsanələr özünəməxsus süjet quruluşuna malikdir. Əfsanələr bir qayda olaraq epizodik hadisədən ibarət olur. Əfsanələr etioloji xüsusiyyətə malik olduğu üçün həmin epizodik hadisə də yaranışın gerçəkləşməsi ilə nəticələnir. Əfsanə süjetini öyrənmək üçün yaranışın əsasında dayanan hadisəni: baş vermiş möcüzənin səbəblərini, möcüzənin şəkillərini və yaranmış məfhumu öyrənmək lazımdır. İstinad etdiyimiz bir çox mənbədən Azərbaycan əfsanələrinə xas 163 süjet müəyyən etmişik. Süjetlərin bölgüsü və təsnifi zamanı yaranışı şərtləndirən səbəblər əsas götürülmüşdür. Bu səbəblər, həmçinin qəhrəmanın xarakteri ilə sıx bağlıdır. Əfsanə süjet tiplərinin təsnifi qəhrəmanların xarakterinə görə aparılmışdır. Daha dəqiq desək, əfsanə qəhrəmanlarının əməlləri yaranışı gerçəkləşdirən başlıca amildir. Qəhrəmanın əməlinin xarakterindən qaynaqlandığını nəzərə alsaq, əfsanə qəhrə¬manının xarakterinə görə dəyərləndirilməsi əfsanə süjetinin tədqiqində və təsnifində vacib məsələdir.
Keywords : Əfsanə Süjeti, Əfsanə Qəhrəmanı, Epizodik Hadisə, Süjetlərin Təsnifi, Süjet Tipləri

ORIGINAL ARTICLE URL
VIEW PAPER (PDF)

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2025