IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
  • Volume:6 Issue:2
  • DİL TİPLƏRİ ARASINDA ƏLAQƏ VƏ ONLARIN İZLƏRİ

DİL TİPLƏRİ ARASINDA ƏLAQƏ VƏ ONLARIN İZLƏRİ

Authors : Zemfira ŞAHBAZOVA, Maleyka MİRZALİ
Pages : 341-355
Doi:10.30563/turklad.1119400
View : 25 | Download : 8
Publication Date : 2022-12-20
Article Type : Research Paper
Abstract :Dünya dilləri özlərinin filoloji və ya tipoloji xüsusiyyətlərinə görə əksər dilçilər tərəfindən qəbul edildiyi kimi bu şəkildə qruplaşdırılır: 1. Kök dillər; 2. Aqlütinativ dillər; 3. Flektiv dillər; 4. İnkorporlaşan dillər. Hər bir qrupun özünəməxsus əlamət və xüsusiyyətləri olsa da, bunların bir-biri ilə əlaqəsi və inteqrasiyası vardır. Bu məqalədə dillərin tipoloji baxımdan bölgülərinə ona görə diqqət yetirilir ki, bu bölgülərin bir-biri ilə əlaqəsinin olduğu, bir-birinə inteqrasiya olunduğu sərgilənsin. Başqa sözlə desək, Azərbaycan dilində rast gəlinən, inkorporlaşmada olduğu kimi cümlənin söz və yaxud bir leksik vahid kimi formalaşmasının bir sıra xüsusiyyətləri göstərilir. Cümlənin leksik vahidə çevrilməsindən sonra dildə məqbul sayılan bəzi transformasiyon hadisələr, yəni bir çox xüsusiyyətlərin itirilməsi, itirilənlərin yerinə yeni əlamətlərin qazanılması kimi bir sıra proseslər təsbit edilir. Daha sonra cümlə-sözlərin tərkibindəki kompenentlərinə görə şərti olaraq struktur təsnifatı aparılır, semantik çalarlıqlarına görə bölgüsü verilir. Məqalədə nəzəri aspektdən Azərbaycan dilinin ümumi leksika və dialekt sözlərinə daxil olan materiallar əsasında cümlə-sözlər araşdırılır. Öncə dillərin tipoloji bölgüsündən bəhs edilir və bu bölgülərin arasında kəskin sərhəd qoyula bilməyəcəyinə aydınlıq gətirilir. Bir dil tipində digərinin izinin görülməsi dillə təfəkkürün bağlılığının, müxtəlif dil tiplərinə aid olan cəmiyyət üzvlərinin bir-birilə sosioloji, ictimai əlaqələrinin sayəsində meydana çıxdığı göstərilir. Bizə görə, bu mövzu daha çox elmi araşdırma tələb edir. Ümumiyyətlə, dil tipləri arasındakı əlaqə və bir-birinə inteqrasiyası xüsusi araşdırmaya cəlb edilməlidir.
Keywords : dil tipləri, inkorporlaşma, cümlə söz, transformasiyon, sintaktik vahid

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026