IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
  • Volume:7 Issue:2
  • MÜSTƏQİLLİK DÖVRÜ ÖZBƏKİSTAN RESPUBLİKASINDA DİL SİYASƏTİ

MÜSTƏQİLLİK DÖVRÜ ÖZBƏKİSTAN RESPUBLİKASINDA DİL SİYASƏTİ

Authors : Elçin Ibrahimov
Pages : 179-188
Doi:10.30563/turklad.1318704
View : 67 | Download : 79
Publication Date : 2023-12-20
Article Type : Research Paper
Abstract :Dil siyasəti dövlətlərin dil və milli kimliyi formalaşdırmaq, gücləndirmək və inkişaf etdirmək məqsədilə gerçəkləşdirdiyi dilplanlaşdırma fəaliyyətinin nəticəsi kimi meydana çıxmışdır. Dil siyasəti dövlətçilik siyasəti olaraq millətlərarası ünsiyyəti təmin edən effektiv vasitə kimi qiymətləndirilə bilər. Dil siyasəti hər dövlətdə və cəmiyyətdə fərqli şəkildə həyata keçirilir. Bu fərqli şəkildə həyata keçirilmənin əsas səbəbi hər dövlətin fərqli etnik quruluşa sahib olmasıdır. Özbəkistanda dil siyasətinin digər Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha nikbin inkişaf etdiyini söyləyə bilərik. Özbəkistan Prezidenti Ş. Mirziyoyevin 21 oktyabr 2019-cu ildə "Özbək dilinin dövlət dili kimi nüfuzunu və mövqeyini gücləndirmək barədə” tədbirlər planı haqqında fərmanı özbək dilinə dövlət tərəfindən verilən dəyərin göstəricisidir. Fərmanda dövlət dilinin qorunmasına, inkişaf etdirilməsinə və bu tədbirlər planından irəli gələn işlərin görülməsinə nəzarətin dövlət tərəfindən həyata keçirilməsi qeyd olunur. Bu gün Özbəkistanda qarışıq bir əlifbadan istifadə olunur. 1993, 1995 və 2001-ci illərdəki əlifba dəyişiklikləri digər türk dilləri ilə yaxınlaşma baxımından uğursuz cəhdlərdir. Ancaq dövlətin 2019-cu ildə qəbul etdiyi Tədbirlər planında keçmişdə latın əlifbasına keçiddə baş verən xətaların yenidən təkrarlanmaması üçün əlavə tədbirlərin görülməsi xüsusi qeyd olunmuşdur. Bu yazımızda Özbəkistanda müstəqillik dövründə həyata keçirilən dil siyasətindən bəhs edəcəyik.
Keywords : Dil Siyasəti, Müstəqillik Dövrü, Dil Planlaşdırma, Özbəkistanda Dil Siyasəti, Latın Əlifbasına Keçid

ORIGINAL ARTICLE URL
VIEW PAPER (PDF)

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2025