IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
  • Volume:8 Issue:1
  • DİLÇİLİKDƏ BİLİNQVİZM VƏ İNTERFERENSİYA HADİSƏSİ

DİLÇİLİKDƏ BİLİNQVİZM VƏ İNTERFERENSİYA HADİSƏSİ

Authors : Pervin Bayramova
Pages : 109-117
Doi:10.30563/turklad.1474872
View : 42 | Download : 123
Publication Date : 2024-06-20
Article Type : Research Paper
Abstract :Dil yalnız insanların mövcud olduğu mühitdə fəaliyyət göstərir və onların bütün ehtiyaclarını ödəməyə imkan verir. Ona görə də cəmiyyətlə onu yaşadan dil arasında mühüm və sıx əlaqə mövcuddur. İnsanların həyatını dilsiz təsəvvür etmək mümkün deyil. Dil cəmiyyətin sosial funksiyası və onun əsas sütunlarından biri hesab olunur. Dilin inkişafı öz-özlüyündə çox mürəkkəb proses kimi qiymətləndirilir. Bu baxımdan dillər arasında mövcud əlaqələr dilin inkişafı prosesində böyük önəm daşıyır. Dillərarası əlaqələr sadə şəkildə bir dilin digər dilə müəyyən formada təsiri kimi başa düşülür, ancaq bu təsir mürəkkəb prosesdir. Dillərin bir-birinə təsiri dilin bütün səviyyələrində müşahidə olunur. Bu zaman dillərdən biri deyil, əlaqədə olan dillərin hamısı bir-birinə təsir göstərir və nəticədə, interferensiya hadisəsi baş verir. İnterferensiya hadisəsi müasir dövrdə də yaranmaqdadır. Buna səbəb ölkələr arasında davamlı iqtisadi, siyasi və mədəni əlaqələrin sürətlə qurulması, bunun da dillərin qarşılıqlı təsirinə səbəb olmasıdır. Xalqlar arasında münasibətlərin mövcudluğunda və davamlı inkişafında, şübhəsiz ki, dillər mühüm rol oynayır. Xalqlar arasında qarşılıqlı əlaqələr olduqda insanlar öz dillərindən əlavə başqa bir dildən də sərbəst istifadə etmək niyyətində olurlar. Son illərdə iki dildə sərbəst danışa bilən insanların mövcudluğu beynəlxalq əlaqələrin daha da inkişafına səbəb olmuşdur. İkidillilik müasir cəmiyyətin ümumi probleminə çevrilib. İkidilliliyin labüd olaraq meydana çıxması yeni kəşflərə, ixtiralara və beynəlxalq əlaqələrə ehtiyacla bağlıdır. Bir sözlə, sadalanan münasibətlərdə dil mühüm vasitə rolunu oynayır. Tarixən sosial həyatda baş verən hər hansı dəyişiklik anında dildə əks olunur və dilin öz “süzgəcindən” keçərək cilalanır. Biz hər bir xalqın, millətin dilində tarixin, mədəni dəyərlərin, dolğun ifadəsini görə bilirik. Sadalanan bu amillərin hamısı dildə öz əksini tapır və onlar dillər arasında interferensiya hadisəsinin göstəricilərindən birinə çevrilir.
Keywords : Dil, Cəmiyyət, Bilinqvizm, Dil Əlaqələri

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026