IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
  • Volume:8 Issue:1
  • TÜRK XALQLARININ TƏSƏVVÜRLƏRİNDƏ ÜLKƏR ULDUZU

TÜRK XALQLARININ TƏSƏVVÜRLƏRİNDƏ ÜLKƏR ULDUZU

Authors : Elnare Emirli
Pages : 85-94
Doi:10.30563/turklad.1482183
View : 56 | Download : 55
Publication Date : 2024-06-20
Article Type : Research Paper
Abstract :Türk xalqlarının təsəvvüründə səma cisimləri haqqındakı örnəklər arasında da Ülkər ulduzu, onun etiologiyası ilə bağlı nümunələr özünəməxsus yer tutur. Müxtəlif nəzəri mənbələrdə və şifahi örnəklərdə çox parlayan Ülkər ulduzu bir çox hallarda ulduzlar topası, Türkiyə folklorşünaslığında “ulduz kümesi” kimi tanıdılır. Bu örnəkləri araşdırarkən ilk növbədə Ülkər ulduzunun adlandırılması məsələsinə toxunmağı lazım bilirik. Bir çox tədqiqat əsərlərində və lüğətlərdə bu ada müəyyən izahlar verilmişdir. Ülkər ulduzu bəzi şifahi örnəklərdə elə bizim ifadə etdiyimiz kimi, Ülkər adlandırılır. Müxtəlif Türk xalqlarının folklorunda Ülkər fərqli adlarla ifadə olunur. XI-XIV əsrlər Türkmən alimlərinin əsərlərində tez-tez ulduz topası Pleyada (Ülkər) haqqında danışılır. Salar Babanın əsərində o, Sureya, Qazi Bürhanəddinin əsərində Pərvin adlandırılır. Türk xalqları arasında geniş yayılmış şifahi örnəklərə görə, qədim zamanlarda Ülkər havanı idarə edən ruh imiş. Ülkər nə vaxt görünməyə başlasa, öldürücü soyuqlar və fırtınalar başlayar. Örnəklərdə əksər hallarda ulduzun maddi olaraq yaranışından söz açılır. Digər bir örnəkdə Ülkər adının yaranışından bəhs olunaraq, müəyyən hərəkətlə əlaqələndirilir. Bu mövzulu örnəklərin süjetlərində “göyə çıxma” motivi əsas yer tutur. Ülkərin digər bir canlı tərəfindən göyə aparılması faktına da Türk xalqlarının təsəvvürlərində rast gəlinir. Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Türk xalqlarının dünyagörüşündə indiki vəziyyəti soyuq hava ilə əlaqələndirilən Ülkər ulduzu örnəklərdə yür üzündə yaşayan hər hansı canlıdır. Həmin canlı müəyən səbəblərdən göy üzünə qalxır, Ülkər ulduzuna çevrilir.
Keywords : Türk Xalqları Folkloru, Ülkər Ulduzu, Çevrilmə, Təqib, Ulduz Topası

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026