Nəvizadə Ətayinin Həyatının Sosial-Tarixi Konteksdə Tədqiqi
Authors : Lale Hidayetqızı
Pages : 70-79
Doi:10.62425/dogu.1762091
View : 27 | Download : 49
Publication Date : 2025-09-22
Article Type : Research Paper
Abstract :Osmanlı ədəbiyyatında klassik ənənəni davam etdirən və XVII əsrin mühüm simalarından biri kimi tanınan Nəvizadə Ətayinin həyatı və yaradıcılığı elmi ədəbiyyatda diqqətəlayiq mövzulardan biridir. Onun ədəbi şəxsiyyətini və intellektual dünyagörüşünü anlamaq üçün ilk növbədə bioqrafik faktların araşdırılması zəruridir. Bu məqalədə Ətayinin həyatı ilə bağlı əsas nüanslar araşdırılmış, onun şəxsi və ictimai kimliyi, mənsub olduğu ailə mühiti, fəaliyyət göstərdiyi inzibati vəzifələr, yaşadığı və işlədiyi məkanlar kimi aspektlər müxtəlif tarixi qaynaqlar və təzkirələr əsasında elmi şəkildə sistemləşdirilmişdir. Ətayinin öz əsərlərindəki avtoqrafik qeydlər, dövrün digər şair və mütəfəkkirlərinin onun haqqında verdiyi bilgilər, eləcə də müasir tədqiqatlarda yer alan məlumatlar bu araşdırmanın əsas informasiya bazasını təşkil etmişdir. Məqalədə məqsəd, şairin həyat kontekstini də aydınlaşdırmaq və ədəbi fəaliyyətini bu zəmin üzərində dəyərləndirməkdir.Keywords : Nev`izade Atayi, tarihi kaynaklar, otobiyografik kayıtlar, şairin çevresi ve aile kökeni
ORIGINAL ARTICLE URL
