AZƏRBAYCAN VƏ RUS UŞAQ ƏDƏBİYYATININ TƏŞƏKKÜLÜ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ
Authors : Səməngül QAFAROVA
Pages : 1-10
Doi:10.33390/homeros.2.001
View : 23 | Download : 7
Publication Date : 2019-01-31
Article Type : Research Paper
Abstract :Məlum olduğu kimi hər bir predmetin tarixi ilə nəzəriyyəsi ayrılmazdır. Əgər biz bu günkü uşaq ədəbiyyatının daha dolğun mənzərəsini canlandırmaq və gələcək inkişafına istiqamət vermək istəyiriksə, mütləq onun keçmişinə nəzər salmalıyıq. Azərbaycan uşaq ədəbiyyatı bu günkü nailiyyətlərinə görə özünün keçmişinə borcludur. Çünki o, əvvəlki ənənənin özülü üzərində dayanır və onun davamı kimi inkişaf edir. Elə buna görə də, uşaq ədəbiyyatımızın keçmişini onun təşəkkül dövründən başlayaraq öyrənməyə zəruri ehtiyac hiss olunur. XIX əsrin axırları – XX əsrin əvvəllərində rus və Azərbaycan inqilabçı demokratları ədəbiyyatın və mədəniyyətin bu təlatümlü dövründə uşaq ədəbiyyatının inkişafına düzgün istiqamət vermək istəyirdilər. Belə hesab edirdilər ki, yeni insan, yeni vətəndaş tərbiyəsində uşaq ədəbiyyatının istiqaməti sosialist realizmi yaradıcılıq metoduna əsaslanın, proletar ədəbiyyatının bir qolu kimi fəaliyyət göstərməlidir. Lakin ictimai-siyasi quruluşun təsirindən asılı olmayaraq uşaq ədəbiyyatı da ziyalı sənətkarların qələmlərinin gücü ilə inkişafını davam etdirirdi.Uşaq ədəbiyyatının məqsəd və vəzifəsindən göründüyü kimi, bu ədəbi aləm müxtəlif elmlərlə: pedaqogika, psixologiya, etika, estetika, incəsənət, təbabət və dəqiq elmlər – əlaqəli şəkildə inkişaf edir. Yeni nəslin hərtərəfli inkişaf etməsində, kamala çatmasında hər birinin özünəxas yeri var.Keywords : uşaq ədəbiyyatı, yeni nəsil, təşəkkül, istiqamət, yaradıcılıq
ORIGINAL ARTICLE URL
