Journal article

M.Ə.Rəsulzadənin siyasi görüşlərində milli identiklik məsələsinə dair

Abstract

M.Ə. Rəsulzadə XX əsr Azərbaycan siyasi tarixinin ən parlaq simalarından biridir. O, 1918-ci ilin mayında müasir Azərbaycan dövlətçiliyinin yaradılmasında nəzəri əsas kimi xidmət edən azərbaycançılıq ideologiyasının banisi olmuşdur. 1918-ci il mayın 28-də bütün müsəlman aləmində ilk respublika kimi dünya tarixinə düşmüş Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Təbii ki, AXC-nin yaradılması XX əsrin əvvəllərində Azərbaycan siyasi və ziyalı elitasının görkəmli nümayəndələrinin milli maraqlar naminə məqsədyönlü və fədakar fəaliyyətinin nəticəsi idi. Etiraf etmək lazımdır ki, müsəlman Şərqində ilk milli dövlətin yaranmasında ən mühüm töhfə Məmməd Əmin Rəsulzadənin olmuşdur. O, müasir Azərbaycan dövlətçiliyinin nəzəri əsaslarını formalaşdırmış, onun praktiki həyata keçirilməsinə mühüm töhfə vermişdir.

Keywords

siyasi görüşlərmilli kimlikdemokratik dövlətRəsulzadəAzərbaycan

51 views · 38 downloads