IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Eski Türk Edebiyatı Araştırmaları Dergisi [Journal Of Old Turkish Literature Researches]
  • Cilt: 8 Sayı: 1
  • TÜRK KÜLTÜRÜNDƏ ÖNƏMLİ YER TUTAN ÇADIR ELEMENTİ NİZAMİNİN MƏCAZ PALİTRASINDA

TÜRK KÜLTÜRÜNDƏ ÖNƏMLİ YER TUTAN ÇADIR ELEMENTİ NİZAMİNİN MƏCAZ PALİTRASINDA

Authors : Tahmine Badalova
Pages : 78-90
Doi:10.58659/estad.1630797
View : 78 | Download : 51
Publication Date : 2025-03-30
Article Type : Research Paper
Abstract :XII əsr Azərbaycan şairi Nizami Gəncəvi əsərlərində xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənələri, yaşam tərzi, məişət və mətbəxi və s. ilə bağlı zəngin məlumatlar yer almışdır. Hikmət və bədiyyatın üzvi vəhdət halında olduğu bu poeziya örnəklərində hər bir kəlmə və anlayış ehtiva etdiyi müstəqim mənası ilə yanaşı, şairin mahir qələmi ilə məcaz örtüyünə bürünərək çoxçeşidli anlamlar kəsb etmiş, sözün vara biləcəyi yüksək poetik ifadə özəlliyinə ucalmışdır. Ayrı-ayrı kontekstlərdə sahib olduğu hər bir fərqli məzmun biçimində başlanğıc məna ilə bağlılığını qoruyub saxlayan leksik vahidlər şairin müşahidə qabiliyyəti və təfəkkür genişliyi, üstün, qeyri-adi düşünmə özəlliyi ilə bərabər, eyni zamanda sözün də ifadə və məzmun imkanlarının hüdudsuz sərhədlərə sahib olduğunu göstərir. Məqalədə Türk xalqlarının həyatında böyük əhəmiyyət kəsb edən, onun ayrılmaz və önəmli bir parçası olan, əsrlərlə boz çöllərdə var olmaq, soyunu yaşatmaq və davam etdirmək uğrunda apardığı mübarizələrinə yoldaşlıq etmiş, onu təbiətin sərt üzündən qorumuş çadır elementi və onun Nizami Gəncəvi əsərlərində bir məfhum olaraq müstəqim və məcazi anlamlarda işlənmə yer və məqamları, fiziki və funksional xüsusiyyətlərindən poetika sənətinin zəngin fiqurları üçün bir alət kimi istifadə özəllikləri araşdırılmışdır. Araşdırma zamanı mətnlər üzərində iş aparılmış, hermenevtik tədqiqat üsulunun imkanlarından istifadə edilmişdir. Bundan başqa, tarixi-müqayisəli, induktiv və deduktiv metodlardan, linqvopetik təhlil üsulundan da faydalanmışıq.
Keywords : Türk xalqları, çadır, şeir, məna, məcaz, poetik sənətkarlıq

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026