- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 13 Sayı: 1
- BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ STRATEJİ KOMMUNİKASİYALARIN YERİ VƏ ROLU
BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ STRATEJİ KOMMUNİKASİYALARIN YERİ VƏ ROLU
Authors : Anara Məmmədova
Pages : 20-26
View : 113 | Download : 128
Publication Date : 2026-01-25
Article Type : Review Paper
Abstract :Müasir beynəlxalq münasibətlər sistemində informasiya mühitinin sürətlə dəyişməsi strateji kommunikasiyaların rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu məqalədə strateji kommunikasiyaların beynəlxalq münasibətlərdəki yeri və funksional əhəmiyyəti təhlil olunur. Araşdırmada strateji kommunikasiyaların dövlətlərin milli maraqlarının qorunması, beynəlxalq imicinin möhkəmləndirilməsi və informasiya siyasətinin effektivliyinin artırılmasında oynadığı rol ön plana çəkilir. Xüsusilə diplomatik fəaliyyət, daxili və xarici təhlükəsizliyin təmin edilməsi, böhran və riskli vəziyyətlərin idarə olunması, eləcə də ictimai diplomatiya sahəsində strateji kommunikasiyaların zəruriliyi vurğulanır. Məqalədə dövlətlərin beynəlxalq arenada informasiya üstünlüyü qazanmaq məqsədilə strateji kommunikasiya alətlərindən müxtəlif platformalar vasitəsilə istifadə etməsi məsələsinə diqqət yetirilir. Nəticə olaraq qeyd olunur ki, strateji kommunikasiyalar müasir beynəlxalq münasibətlərdə dövlətlərin təsir imkanlarını genişləndirən və diplomatik məqsədlərin həyata keçirilməsinə töhfə verən əsas mexanizmlərdən biridir.Keywords : beynəlxalq münasibətlər, strateji kommunikasiya, ictimai diplomatiya, yumşaq güc
ORIGINAL ARTICLE URL
