- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 13 Sayı: 1
- “KOROĞLU” EPOSUNUN YARANMA TARİXİ, COĞRAFİYASI, NƏŞRİ, TƏDQİQİ VƏ TƏBLİĞİ
“KOROĞLU” EPOSUNUN YARANMA TARİXİ, COĞRAFİYASI, NƏŞRİ, TƏDQİQİ VƏ TƏBLİĞİ
Authors : Müşfiq Çobanov
Pages : 1-25
View : 195 | Download : 542
Publication Date : 2026-02-06
Article Type : Review Paper
Abstract :Məqalədə Azərbaycan xalqının ən möhtəşəm qəhrəmanlıq eposlarından biri olan “Koroğlu”nun yaranma tarixi, coğrafi yayılma arealı, nəşr və tərcümə prosesi, elmi tədqiqi və təbliği sistemli şəkildə araşdırılır. Göstərilir ki, eposun tarixi olduqca qədimdir və onun yayılma coğrafiyası Azərbaycanla məhdudlaşmayaraq Qafqaz–Anadolu məkanından Orta Asiyaya, Avropaya və digər bölgələrə qədər uzanır. Məqalədə “Koroğlu”nun gürcü şifahi və yazılı ədəbiyyatına təsiri, Borçalı bölgəsinin bu prosesdəki rolu və eposun Azərbaycan–gürcü ədəbi-mədəni əlaqələrinin formalaşmasındakı əhəmiyyəti xüsusi vurğulanır. Eposda Gürcüstan ərazilərinin, Tiflis və ətraf bölgələrin təsviri xalqlar arasında tarixi yaxınlıq və mədəni qarşılıqlı təsirin göstəricisi kimi dəyərləndirilir. Nəticə olaraq qeyd olunur ki, “Koroğlu” eposunun öyrənilməsi və tədqiqi Azərbaycan folklorşünaslığı ilə yanaşı, ümumtürk və Qafqaz humanitar elmlərinin inkişafına mühüm töhfə verir və bu irs müasir dövrdə də elmi və mədəni aktuallığını qoruyur.Keywords : Koroğlu eposu, Azərbaycan folkloru, qəhrəmanlıq dastanı, Qafqaz–Anadolu coğrafiyası, Azərbaycan–gürcü ədəbi əlaqələri
ORIGINAL ARTICLE URL
