IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:4 Issue:12
  • Hacı Bayram Vəli Şeirlərində Özünüdərkin Struktur Troyektoriyası

Hacı Bayram Vəli Şeirlərində Özünüdərkin Struktur Troyektoriyası

Authors : Xuraman HUMMATOVA
Pages : 37-53
View : 78 | Download : 12
Publication Date : 2017-08-25
Article Type : Research Paper
Abstract :XIV əsr Türk təsəvvuf şeirini   yaranmasında və inkişafında böyük rolu olan   övliya  şairlərdən biri də  Hacı Bayram Vəli (1352-1436 ) olmuşdur. Onun yaratdığı təsəvvuf məzmunlu şeirlər həm  özündən əvvəl  yaranan (Yunus Emre) təriqət poeziyasından  bəhrələnmiş, həm də özündən sonra yazıb –yaradan həm də (Məsələn: Yazıcızadə Məhəmməd Əfəndi hocasını öyərək deyirdi: Cihanın kutbi mahı Hacı Bayram, Cihanın şeyhi, şahı  Hacı Bayram)  təsəvvuf  şeirinə güclü təsiri olmuşdur Hacı Bayram Vəlinin  ünlü bir övliya olacağını hələ şairin dünyaya gəlməzdən əvvəl  haqqında  yaranan yarıhəqiqət, yarırəvayət  olan məlumatlardan görürük.     Bu   rəvayətlər sonradan həqiqətə çevrilərək haqqa   doğru yolçuluq edən övliya şairin əməllərində gerçəkləşdi.  Poeziyasında  təsəvvuf əhlinin  özünü bilməsi  ideyasını təbliğ edən şair  şeirlərinin birində deyir: “bilmək istərsən səni, can içrə ara canı, Keç canından bil onu, sən səni bil, sən səni” Təsəvvuf əhlinin kodlaşmasında ən    mühüm olan amillərdən biri və birincisi özünü bilməsidir. Belə bir  aforizim də var ki, “kəndini bilən, rəbbini bilər” prinsipi təsəvvuf elmində əsasın əsasıdır. Həyatı boyunca  haqqa doğrü yolçuluq edən şair   seyri-süluk boyunca   təsəvvuf  traktoriyası üzrə hərəkət etmişdir. O, təsəvvuf  elminin, sirlərini (şəriət, təriqət, mərifət, həqiqət) mükəmməl bilmiş və həyatı boyunca onlara əməl etmişdir. Həyatından məlum olur ki,  bir pirdən dərs alması,   bir dərgaha    qoyub getdiyi təriqətin sonradam  davamçılarının yetişməsi,   şairin haqqa doğru yolçuluğunun məziyyətlərini   bizə göstərir. Mütəsəvvuf şair  bunların bəzilərini əməli işlərlə yerinə yetirirdisə, bəzilərini isə, yəni Qurani-Kərimin ideyalarını şeir dili ilə insanlara  sevdirirdi. “Ey könul, tərk eylə sivayi maksudi aksayi  gör, Li məallah sirrinə ir mətləbi əl ayi gör” deyən şair     könlünə müraciət edərək, artıq  ilahi mətləblərin sirrindən agah olmasını ona  tövsiyə edir . Şairin yaradıcılığına arşdıran mütəxəsislər haqlı olaraq onun şerilərini  bir qisminin Yunus Əmrə təsirindən yarandığını göstərirlər. Hacı Bayram Vəlinin   bəzi şeirləri var ki, onların ifadə tərzi Yunusun şeirləri ilə üst-üstə düşür. “Çələbim bir şar yaratmış iki cihan arasında” misrası ilə başlayan şeiri Yunusun “Bu dünyanın məsəli bir ulu şara bənzər” misrası ilə başlayan şeiri ilə səsləşir.  
Keywords : Hacı Bayram Vəli, salık, Yunus Əmrə, təsəvvuf

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026