IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:6 Issue:5 - AKADEMİK TARİH VE DÜşžÜNCE DERGİSİ- Prof. Dr. Yagub Mahmudov 80. Year ArmağŸanı Special Issue/
  • Nadir Şah Əfşar “Karmelitlərin Xronikası”nda

Nadir Şah Əfşar “Karmelitlərin Xronikası”nda

Authors : Sevinc MELİKZADE
Pages : 210-230
View : 63 | Download : 14
Publication Date : 2019-12-30
Article Type : Research Paper
Abstract :Azərbaycan tarixinin mühüm tərkib hissəsi olan Azərbaycan Səfəvilər dövləti və onun süqutu, Nadir şah imperiyasının yaranması, öyrənilməsi vacib olan tarixi dövrlərdən biridir. XVIII əsrin əvvəllərində artıq Səfəvi dövləti zəifləmişdi. Belə bir dönəmdə ölkə qonşu dövlətlərin hücumuna məruz qaldı. Əfqanların üsyanı, dövlətin mühüm əhəmiyyətə malik hissəsi olan Azərbaycan vilayətinin Osmanlı və Rusiya arasında bölüşdürülməsi mövcud siyasi vəziyyəti daha da kəskinləşdirdi. Belə bir zamanda Xorasana köçürülmüş qızılbaş-türk əfşar sülaləsindən olan Nadir öz sərkərdəlik məharətini göstərərək, Səfəvi dövlətinin ərazi bütövlüyü uğrunda mübarizəyə başladı. Beş il ərzində əfqanları, rusları, türkləri ölkə sərhəddindən uzaqlaşdırdı. Nüfuzunu itirmiş Səfəvi dövlətinə son qoyaraq Əfşarlar dövlətinin əsasını qoydu. Məqalədə missionerlərin fəaliyyəti, baş verən siyasi hadisələri Avropaya hansı şəkildə çatdırmaları, ölkədəki xristianların vəziyyəti haqqında karmelitlərin yazdıqları araşdırılmışdır. Burada Roma papasının Nadir şaha yazdığı iki məktubu, Nadir şah Hindistanda olarkən oğlu Rzaqulunun xristianlara bir sıra imtiyazlar verməsi haqqında maraqlı məlumatlar vardır. Nadir Şah Əfşarın dini ishahat keçirərək İslamda məzhəb ayrı-seçkiliyinə son qoymağa cəhd etməsi, bu məqsədlə Osmanlı imperiyasına elçi göndərməsi, bütün dinlərin müqəddəs kitablarının farscaya tərcümə etdirməsi haqqında karmelitlərin məlumatları araşdırılmışdır.
Keywords : Karmelit Xronikası, Roma Papası

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026