Journal article
Bakı Neft Sənayeçiləri Qurultayının Peterburqda nümayəndəliyinin açılması məsələsinə dair
Abstract
Məqalədə XX əsrin əvvəllərində keçirilən Bakı neft sənayeçiləri qurultaylarında və qurultay Şurasının iclaslarında neft sənayeçilərinin Peterburqda (Petroqradda) daimi nümayəndəlik orqanının açılması məsələsinin müzakirə olunmasından bəhs olunur. Bəhs olunan dövrdə neft sənayesində fəaliyyət göstərən iri firma nümayəndələri ilə xırda və orta firma nümayəndələri arasındakı fikir ayrılıqları səbəbindən bu məsələ öz həllini tapa bilməmişdir. Xırda və orta firma nümayəndələri öz təqdim etdikləri məruzələrində açılması nəzərdə tutulan nümayəndəlikdə bütün neft sənayesi firmalarının bərabər hüquqlara malik olmaları prinsipindən çıxış etsələr də, Bakı neft sənayesini öz inhisarları altına almış iri firma nümayəndələri bu işin həyata keçirilməsinə imkan verməmişdilər.
Keywords
152 views · 11 downloads
