IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:7 Issue:4
  • Azərbaycan-Özbəkistan Əlaqələrində Diaspora Təşkilatlarının Rolu

Azərbaycan-Özbəkistan Əlaqələrində Diaspora Təşkilatlarının Rolu

Authors : Seide KULİYEVA
Pages : 2732-2750
View : 128 | Download : 14
Publication Date : 2020-12-30
Article Type : Research Paper
Abstract :Xaricdə yaşayan azərbaycanlılarla əlaqədar tədqiqatlar Azərbaycan tarixi üçün bir çox vacib məsələləri aydınlaşdırmağa kömək edir. Bu tədqiqatlar vasitəsilə müasir dövrdə Azərbaycanın xarici siyasəti, xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulması, tarixi-demoqrafik proseslərin tədqiqinə dair mühüm nəticələr əldə etmək mümkündür. Məqalədə diaspora təşkilatlarının dövlətlərarası əlaqələrin inkişafında rolu araşdırılır. Bu məqsədlə Özbəkistanda həyata keçirilən tədbirlərin məzmunu və ictimaiyyət ilə görüşlər təhlil edilir. Diaspora fəaliyyətinə dair məlumatlar tədqiqata cəlb edilir, keçirilən tədbirlər qruplaşdırılır, bu fəaliyyətin dövlətlərarası və xalqlararası əlaqələrin inkişafında rolu təhlil edilir.Azərbaycanın müxtəlif dövlətlərlə əlaqələrinin qurulması və xaricdə Azərbaycanın təbliği prosesində xaricdə yaşayan azərbaycanlıların, o cümlədən səfirliklərin mühüm rolu vardır. Tədqiqatımıza əsasən, deyə bilirik ki, əsrlərdir Özbəkistanda yaşayan azərbaycanlılar əsasən, XX əsrin sonlarında – bütün SSRİ-də milli-azadlıq hərəkatının başlaması ilə təşkilatlanmağa başladılar. Əlbəttə ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları da bu prosesə təsir etmiş, burada yaşayan azərbaycanlılar öz tarixi Vətənlərinə – Azərbaycana kömək üçün birləşmişlər. Azərbaycan və Özbəkistan müstəqil dövlətlər kimi yeni münasibətlər qurmağa başladıqda Özbəkistanda yaşayan azərbaycanlılar dövlətlərarası münasibətlərin inkişafı prosesində iştiraka başladılar. Hazırda Özbəkistan azərbaycanlıların fəal diaspora fəaliyyəti göstərdiyi dövlətlərdən biridir. Xaricdə yaşayan azərbaycanlılar və Azərbaycan respublikasının səfirlikləri dövlətlərarası əlaqələrin qurulmasında və Azərbaycanın təbliği istiqamətində mühüm rol oynayırlar.
Keywords : Azerbaycan, Özbekistan, Diaspora, miqrasiya, Azərbaycan Mədəniyyət Mərkəzi

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026