Journal article

ABŞ və Azərbaycan arasında iqtisadi və enerji təhlükəsizlik sahələrində əlaqələr (1992-2000-ci illər)

Abstract

XX əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılmasından sonra formalaşan dünya düzənində əsas güc mərkəzinə çevrilən ABŞ yeni müstəqillik əldə etmiş ölkələrlə siyasi və iqtisadi münasibətlərin qurulmasına xüsusi önəm verməyə başladı. Bu baxımdan ABŞ-Azərbaycan iqtisadi münasibətləri 1992-2000-ci illər ərzində fərqli yönümdə inkişaf etməyə başladı. 1993-cü ilə qədər olan dövrdə iqtisadi sahədə bir sıra müqavilələr imzalansa da, geniş sferada ikitərəfli iqtisadi münasibətlərə nail olunmadı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ABŞ-Azərbaycan iqtisadi və enerji təhlükəsizlik əlaqələrində yeni mərhələnin başlanğıcını qoydu. Bundan sonra ABŞ-Azərbaycan arasında bir sıra neft yataqlarının işlənilməsi ilə bağlı müqavilələrin imzalanması iqtisadi sferada qarşılıqlı münasibətlərdə müsbət dinamikaya səbəb oldu.

Keywords

ABŞAzərbaycanneftmüqaviləiqtisadi münasibətlər

71 views · 12 downloads