IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:8 Issue:3
  • Bəxtiyar Vahabzadənin poeziyasında istiqlalçılıq

Bəxtiyar Vahabzadənin poeziyasında istiqlalçılıq

Authors : Günəş QULİYEVA
Pages : 1136-1149
View : 114 | Download : 13
Publication Date : 2021-09-25
Article Type : Research Paper
Abstract :Bəxtiyar Vahabzadə yaradıcılığında yenidən başlayan istiqlal tariximizin keçdiyi şərəfli yol. Bəxtiyar Vahabzadənin poeziyasında yaşayan istiqlal duyğuları, azadlıq şeirləri, Azərbaycan Türk tarixi, “bu tarixi yaşadan “Gülüstan “poeması, “İstiqlal”, ”Şəhidlər” poeması. Bəxtiyar Vahabzadə poeziyası milli istiqlal, azadlıq uğrunda savaş müstəvisində tarixi yaşadan, istiqlal, azadlıq, haqq-ədalət, dirəniş, mübarizə yoluna, yolçuluğuna yönələn poeziyadır. Şair problemlərin köklü həllini milli birlikdə, mücadilədə arayır. Mənsub olduğu xalqın həyat, yaşam qayəsini qan yaddaşına, kökə, ilkinliyə yönəltmək, onu oyatmaq, mübarizəyə qoşmaq Bəxtiyar Vahabzadə yaradıcılığının başlıca missiyasıdır. B.Vahabzadə poeziyası aydın şəkildə çox vacib bir mesajı ortaya qoydu ki, milli ideya və demokratik tələb səviyyəsinə qalxmayan şüarlar, peşəkarlıqdan uzaq mübarizə üsulları heç bir istiqlal savaşının qalibiyyətini təmin edə bilməz. Onun yaradıcılığında sosial, estetik problemlərə vətəndaş baxışı və mücadilə, istiqlalçılıq düşüncəsi həmişə vəhdətdə olub. Bu poeziya milli-mənəvi varlığımızın yenilməzliyinə, kökdən gəlib kökə getməsinə, öz haqqına sahib çıxma savaşının müqəddəsliyinə ucaldılmış əbədiyyət abidəsidir. B.Vahabzadə xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən xalq yaradıcılığından ustalıqla bəhrələnən və bu bəhrələnməni istiqlal, müstəqillik savaşımızın tərənnümü istiqamətində böyük ustalıqla sərf etməyə nail olan qüdrətli sənətkardır.
Keywords : Bəxtiyar Vahabzadənin poeziyasında istiqlalçılıq, istiqlal duyğuları, azadlıq şeirləri, Azərbaycan Türk tarixi, bu tarixin Gülüstan faciəsi, İstiqlal, Şəhidlər poeması

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026