IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:8 Issue:3-Ek Special Issue
  • Cahanşah Hǝqiqi Mǝsnǝvilǝrinin Yaranmasında Mövlana Yaradıcılığının Rolu

Cahanşah Hǝqiqi Mǝsnǝvilǝrinin Yaranmasında Mövlana Yaradıcılığının Rolu

Authors : Könül HACIYEVA
Pages : 112-123
View : 62 | Download : 11
Publication Date : 2021-12-25
Article Type : Research Paper
Abstract :XV yüzillikdə ərsəyə gələn məsnəvilər içərisində Cahanşah Həqiqinin fars dilində qələmə aldığı məsnəvilər şairin farsca yaradıcılığını dəyərləndirmək baxımından böyük əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, şairin bu şeir formasında yazılmış əsərlərinə fars dilində yazıya aldığı digər şeirlərlə birlikdə üçüncü, ən mükəmməl hesab olunan nüsxədə rast gəlmək mümkündür. Tehran Universitetinin Mərkəzi Kitabxanasında aşkar edilən divan nüsxəsində farsca 90 məsnəvi vardır. Bu əsərlərlə tanış olduqda onların Mövlana Cəlaləddin Ruminin təsirilə yazıldığı görünür. Təsir ilk növbədə məsnəvi hissələrindəki nəsihətamiz, didaktik mövzularda özünü göstərir. Mövlana şeiriyyatının cazibəli təsirinə düşənlərin bir çoxu kimi, Həqiqi də bu görkəmli məsnəvi yaradıcısının istər deyim tərzini, istərsə də işlətdiyi mövzu və motivləri böyük məhəbbətlə izləyərək bu poetik irsin iziylə inamla addımlaya bilmişdir. Cahanşah Həqiqi kimi bir çox qələm sahibinin bu şeir formasına həvəslə müraciət etməsinin bir səbəbi də burada geniş mövzulardan rahatlıqla bəhs oluna bilməsidir. Ayrı-ayrı yüzilliklərdə yaşamalarına baxmayaraq hər iki şair arasındakı mənəvi bağlılıq, fikir vahidliyi, nəhayət, Mövlana Cəlaləddin Rumi dühasının sonsuz dərinliyinin Cahanşah Həqiqinin şeir-sənət dünyasına güclü təsiri onların yaradıcılıqları arasında ümumi cəhətlərin mövcudluğuna gətirib çıxarmışdır
Keywords : Həqiqi, Mövlana, məsnəvi, rol, şair

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026