Journal article
Səfəvilər Dövlətində Kənd Təsərrüfatı, Sənətkarlıq və Ticarət (Rocer Seyvorinin Tədqiqatı Əsasında)
Abstract
Dünya tarixində mühüm rol oynamış dövlətlərdən biri olan Səfəvilərin beynəlxalq arenada güc sahibi olmasını şərtləndirən əsas faktorlarından biri, heç şübhəsiz ki, onun daxili vəziyyətinin sabitliyi və tərəqqisi istiqamətində aparılan tədbirlər olmuşdur. Böyük Britaniya əsilli, Toronto Universitetinin əməkdar professoru Rocer Seyvori də bir çox səfəvişünas alim kimi bəhs edilən dövrün dəyişiklikləri fonunda tədricən geniş vüsət almış yeni iqtisadi münasibətlərə tədqiqatında xüsusi diqqət ayırmışdır. Məqalədə tədqiqatçının mövzu ilə əlaqədar əsərləri əsas götürülərək verilən məlumatların etibarlılığını müəyyən etmək məqsədilə müxtəlif yerli və xarici tarixşünaslıq materiallarına da müraciət olunmuş, müqayisəli təhlil metodu əsasında ümumiləşdirmələr aparılmışdır.
Keywords
253 views · 221 downloads
