IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:9 Issue:3
  • Mustafa Əfəndi Əl-Malaxinin Həyatı, Yaradıcılığı və Bədii Irsi

Mustafa Əfəndi Əl-Malaxinin Həyatı, Yaradıcılığı və Bədii Irsi

Authors : Aladdin SULTANOV
Pages : 626-647
View : 119 | Download : 16
Publication Date : 2022-10-08
Article Type : Research Paper
Abstract :Məlumdur ki, XIX əsrdə Azərbaycanın şimal-qərb bölgəsində insanların ictimai həyatında İslam dinininböyük rol oynamış, xüsusilə də Nəqşibəndiyyə təriqətinə mənsub din xadimləri və elm adamları bu bölgədə elm və tədris fəaliyyəti ilə məşğul olmuşlar. Beləşəxsiyyətlərdən biri də Qax rayonunun Aşağı Malax kəndində yaşamış Mustafa Əfəndi əl-Malaxidir. Onun qəbirüstü abidəsindəki məlumatlar da kimliyinə və həyatına qismən işıq tutur. Belə ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış olan əl-Malaxi Nəqşibəndiyyə təriqətinin müridi kimi öz əhatə dairəsində təlim və irşad fəaliyyəti ilə məşğul olmuşdur. Bölgədəki bir çox mədrəsələrdə təhsil alan əl-Malaxi yaşadığı ərazidə təlim-tərbiyə prosesində, eləcə də ictimai işlərdə mühüm rol oynamışdır. Eyni zamanda əlyazma kitabların köçürülməsində də səyləri olan əl-Malaxinin kitabxanasının bir hissəsi günümüzə qədər gəlib çıxmışdır. Həmin kitablar ilahiyyat, ədəbiyyat, fəlsəfə və s. elmlərə aiddir və əksəriyyəti ərəb dilindədir. Eyni zamanda məlum olur ki, əl-Malaxixəttatlıq/ katiblik fəaliyyəti ilə də məşğul olmuşdur. Digər tərəfdən bu məqalə XIX əsrin sonlarında şimal-qərb bölgəsi ilə hazırki Türkiyə respublikası arasında mövcud olmuş elmi və ictimai əlaqələrin hansı səviyyədə olduğuna da işıq tutur.
Keywords : Azərbaycan, Əl Malaxi, Ziyarətgah, Qax, Əlyazma, Xəttatlıq

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026