Journal article

Azərbaycanın Milli-Mənəvi Dəyərləri İntibah Dövründə (1969-1982-ci illər)

Abstract

Elmi məqalədə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə insert ignore into journalissuearticles values(1969-cu il 14 iyul); Azərbaycanda dirçəliş, inkişaf, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünəqayıdışa dönüş mərhələsinin başladığı bir şəraitdə milli-mənəvi dəyərlərimizin qorunması, tərəqqisi və zənginləşməsi sahəsində onun səyi və fədakarlığı sayəsində görülən işlər araşdırılır. Məqalədə milli-mənəvi dəyərlərimizin qorunması və tərəqqisinə, milli mədəniyyətimizin yüksəlməsinə müsbət təsir edən sahələr: elm, təhsil, incəsənətin müxtəlif sahələri, kütləvi kitabxana, kinomotoqrafiya, heykəltaraşlıq, rejissorluq, rəssamlıq, memarlıq, musiqi, ifaçılıq sahələri, klassik ədəbiyyat, mədəni irsimizin təbliği ilə bağlı Azərbaycanın mədəni əlaqələri və bu istiqamətdə nailiyyətlərin əldə olunmasında Heydər Əliyevin rolu, qayğısı və təşəbbüsləri öyrənilir.

Keywords

Heydər ƏliyevAzərbaycan Kommunist Partiyasının Mərkəzi KomitəsiMilli Mənəvi DəyərlərAzərbaycan MədəniyyətiAzərbaycan Dili

82 views · 12 downloads