IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:9 Issue:3
  • Azərbaycan Xalqının Etnik İdentikliyinin Öyrənilməsində Maddi Mədəniyyət Nümunələri Mənbə Kimi (Mill...

Azərbaycan Xalqının Etnik İdentikliyinin Öyrənilməsində Maddi Mədəniyyət Nümunələri Mənbə Kimi (Milli Azərbaycan Tarixi Muzeyinin Kolleksiyası Əsasında)

Authors : Fatma GANİYEVA
Pages : 1104-1115
View : 115 | Download : 11
Publication Date : 2022-10-08
Article Type : Research Paper
Abstract :Müasir dövrdə qloballaşma prosesinin sürətləndiyi bir şəraitdə maddi mədəniyyət milli dəyərlərlə sıx bağlı olan kimlik probleminin formalaşma mexanizminin dərk edilməsi baxımından öyrənilən və təhlil edilən əsas mövzulardan biridir. Məqalə süfrənin ənənəvi xalq sənətkarlığının bir fenomeni kimi nəzərdən keçirilməsinə həsr edilmişdir. Məqalədə süfrənin müxtəlif folklor janrlarında əks olunması ənənəvi məişət predmeti kimi nəzərdən keçirilir. Bütün bu sadalananlar məişət mədəniyyətinin və onun ayrı-ayrı hissələrinin fəaliyyət mexanizminin öyrənilməsini daha da aktual edir. Xalq sənəti, adət-ənənələretnoslar arasında etnik sərhəd və markerlərin mövcudluğunu tam şəkildə əks etdirir. Bununla yanaşı süfrə maddi mədəniyyət nümunələri içərisində qonaqpərvərlik elementi kimi özünəməxsusluğu ilə seçilir.Süfrə nümunələrində istifadə edilən müxtəlif tikmə növləri azərbaycanlıların identikliyinin maddi elementlər sayəsində öyrənilməsində olduqca önəm daşıyır.Burada əsas məqsəd azərbaycançılıq ideyasını özündə cəmləşdirən təsvirlərin məişət əşyalarında da əksinin tədqiqata cəlb olunmasıdır. Ümumilikdə maddi vә mәnәvi dәyәrlәrin mәcmusunu təşkil edən mədəniyyətin xalqın tarixini qoruyub yaşadan Muzeylər vasitəsilə tədqiqi bu sahənin inkişaf istiqamətini də zənginləşdirir. Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyasında parça məmulatından olan süfrələrin mühafizə olunması xalqın identikliyinin və dünyagörüşünün formalaşmasında təsirini sübuta yetirir.
Keywords : İdentiklik, Maddi Mədəniyyət, Süfrə, Parça, Qonaqpərvərlik

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026