Journal article

Vətən savaşı dönəmində Azərbaycan poeziyasında Şuşa mövzusu

Abstract

Məqalədə Qarabağ savaşı dönəmində və zəfərimizdən sonra Azərbaycan poeziyasında gedən proseslərə qısa ekskurs edilir, müxtəlif elm adamlarının bəzi məsələlərə və konkret əsərlərə mövqeyi açıqlanır. Poeziyamızda Şuşa mövzusu birinci və ikinci Qarabağ savaşı dönəmlərində qarşılaşdırılır və Zəfərimizin ədəbiyyatda yaratdığı dirçəlişi sərgiləyə bilir. Ayrı–ayrı şairlərin yaradıcılığından seçilmiş bədii nümunələr təhlil obyektinə çevrilir. Məqalədə göstərilir ki, birinci Vətən savaşında Şuşanın işğalı poeziyamızı səfərbər etdi. Qələbəyə çağırış ruhu şairlərin yaradıcılığında müxtəlif formalarda təzahür olundu. 44 gündə qazandığımız qələbə isə bizi dünyaya tanıtmaqla yanaşı itən qürurumuzu qaytardı. İkinci Qarabağ savaşı və qələbəmizdən sonra qələmlərini süngüyə çevirən \`yazarlar ordusu\` çoxlu zəfər nəğmələri yazdılar. Onların əksəriyyəti müxtəlif elmi məqalələrdə təhlil elementinə çevrilir. Vətən məhəbbəti elə hissdir ki, mütləq əməli sübuta söykənməlidir. Şuşanı, Qarabağı bizə qaytaran igid oğullar, qanıyla tarix yazan qəhrəmanlar nəinki poeziyada, ədəbiyyatımızda müxtəlif janrlarda yazılan əsərlərin baş qəhrəmanlarına çevrilərək özlərinə sözdən heykəl qoydurdular. Nə qədər ki, dövlətimiz, millətimiz, ədəbiyyatımız yaşayır, onların qəhrəmanlıqları haqqında yeni-yeni əsərlər yazılacaq, səlnamələr yaranacaqdır.

Keywords

ArenaPoetik ObrazDirçəlişMilli ÖzünüdərkPoeziyaŞuşa

166 views · 10 downloads