IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:10 Issue:2
  • Qərbi Avropa Səyyahlarının Gündəliklərində Azərbaycanın Orta Əsr Musiqisi və Təsviri Sənəti...

Qərbi Avropa Səyyahlarının Gündəliklərində Azərbaycanın Orta Əsr Musiqisi və Təsviri Sənəti

Authors : Sayad Mehtizade
Pages : 376-386
View : 152 | Download : 255
Publication Date : 2023-06-25
Article Type : Research Paper
Abstract :Musiqi və təsviri sənət Azərbaycan milli mədəniyyətinin tərkib hissələrindən biri kimi XV-XVII əsrlərdə özünəməxsus cəhətlərə malik idi. Bu dövrdə xalq yaradıcılığı, ifaçılıq sənəti və aşıq yaradıcılığı formasında inkişaf edən musiqi sənəti yerli ənənələrlə yanaşı, İslam və İran musiqisinin də təsirini özündə əks etdirirdi. Avropalı səyyahların gündəliklərində saray musiqisi, hərbi musiqi, musiqi alətləri və s. haqqında məlumatlar mövcuddur. Bu məlumatlardan musiqinin Azərbaycan xalqının gündəlik həyatında, bayram və ziyafətlərində mühüm yer tutduğu aydın olur. Təsviri sənətin qollarından olan daşişləmə sənətinə mənbələrdə geniş rast gəlinir və onun əsas növü həkkaklıq sayılır. Azərbaycanda orta əsrlərdə dekorativ-tətbiqi sənət növləri arasında mozaika da geniş yayılmışdı. Avropalı yazıçılarının daha çox məlumat verdiyi digər sənət sahəsi də zərgərlikdir. Azərbaycanda dekorativ sənətin ümumi sahələri sırasında bədii parça istehsalı və xalçaçılığı da qeyd etməliyik, çünki bu sahələr orta əsrlərdə yüksək inkişaf etmiş sənət sahələri hesab olunurdu. Beləliklə, Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi incəsənətin müxtəlif sahələri həm regional ənənələri qoruyub saxlamaqla, həm də Ümumislam və Ümumşərq təsirini özündə daşımaqla sinkretik mədəniyyətin inkişafında mühüm rol oynamışdır.
Keywords : Avropa, Səfəvilər, musiqi, xalçaçılıq, təsviri sənət

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026