IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:10 Issue:2
  • Kitab Qenosidi və Onun Digər Repressiya Formalarından Fərqi

Kitab Qenosidi və Onun Digər Repressiya Formalarından Fərqi

Authors : Parviz Kazimi
Pages : 32-42
View : 208 | Download : 146
Publication Date : 2023-06-25
Article Type : Research Paper
Abstract :Dünyanın mədəni təkamülündə "kitab” son dərəcə əhəmiyyətli rol oynamışdır. Eyni zamanda kitaba olan münasibət də müxtəlif zamanlarda fərqli şəkillərdə özünü göstərmişdi. Bir sıra mütəxəssislərin tədqiqatında kitaba olan aqressiv münasibəti "book genocide”, "biblioclasm”, "libricide” kimi adlandırmış, bu anlayışlar eyniləşdirilmiş və belə davranışların mahiyyəti, səbəbləri çox zaman təhlil edilməmişdi. Lakin tarixi təcrübə göstərir ki, kitaba olan aqressiv davranışlar müxtəlif səbəblərdən qarşıya çıxmışdı və əsasən də ideolojı səbəblərdən repressiyaya məruz qalmışdır. Dini müəssisələrin və müxtəlid hakimiyyətlərin müxtəlif səbəblərdən qadagan etdikləri bir qrup kitablar olmuşdur ki, bu kimi hadisələri əsasən senzura olaraq adlandırmışdılar. Bir qrup kitabların qadagan edilməsi, onlardan istifadənin məhdudlaşdırılması kimi hadisələrə tarixdə çox rast olunur. Kitabların kütləvi yandırılması, qadagan olunmuş kitabı oxumaq öçün edam hökmlərinin verilməsi kimi hadisələr də çoxdur. Lakin milli xüsusiyyətlərinə görə, dil xüsusiyyətlərinə görə kitabları başdan-başa yandırmaq, eləcə də bunu nümayişkarcasına etmək kimi hadisələr tarixdə çox deyil. (bu kısım, İngilizcesinde yoktu. İngilizcesine çevrildi ve özete eklendi) . Tarixdə milli qenosidin davamı olaraq "kitab qenosidinin” həyata keçirilməsi hadisələri mövcuddur və bunu hər hansı kitab repressiyaları, senzura hadisələri ilə eyniləşdirmək yalnışdır. Məqalə "kitab qenosidi” hadisəsini digər kitab repressiyalarından fərqləndirən tarixi misalları müqaisə və təhlil edərək fərqli nəticələr əldə edir.
Keywords : Kitablar Yandırılır, Kitab Qenosidi, Biblioklazm, Librosid, Milli Repressiya

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026