Journal article
Rusiya Dövlət Hərb Arxivi Materialları: 1920-1922-ci İllərdə Azərbaycanda Hərbi Siyasi Durumu Öyrənmək Üçün Mənbə Kimi
Abstract
Məqalədə Rusiya Dövlət Hərb Arxivindən toplanmış sənədlər əsasında 1920-1922-ci illərdə Azərbaycan SSR-də hərbi-siyasi durum tədqiq olunmuşdur. Sənədlər göstərir ki, 1920-ci il 28 aprel işğalından sonra uzun müddət respublikada hərbi-siyasi durum çox gərgin olmuşdur. ”Hərbi kommunizm” siyasətinin amansız və repressiv metodları, hətta bu siyasətdən imtina olunub yeni iqtisadi siyasətə keçil¬dikdən sonra da sərt cəza tədbirlərinin tətbiqi geniş kütlələr arasında haqlı narazılıq doğurur, sakinlər ayrı-ayrı şəxslərin ətrafında birləşərək yeni rejimə qarşı silahlı mübarizə aparırdılar. Qüvvələr nisbəti hədsiz qeyri-bərabər olduğundan sovet ha¬kimiyyəti üsyanları əsasən yatırsa da hələ bir müddət ayrı-ayrı dəstələrin müqaviməti davam etmişdir.
Keywords
218 views · 1352 downloads
