IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:10 Issue:2
  • Yeni Sənaye Mərkəzi Daşkəsən (1940-1950-ci illər)

Yeni Sənaye Mərkəzi Daşkəsən (1940-1950-ci illər)

Authors : Əzət Dadaşova
Pages : 127-136
View : 112 | Download : 273
Publication Date : 2023-06-25
Article Type : Research Paper
Abstract :XX əsrin 40-ci illərində Azərbaycanda yeni sənaye mərkəzləri yaranmışdır. Belə sənaye mərkəzlərindən biri də Daşkəsəndir. Daşkəsən qiymətli yeraltı sərvətlərdən sənaye üsulu ilə istifadə edilməsi, filiz-mədən kombinatının, filizsaflaşdırma fabrikinin və Zəylik alunit mədəninin işə salınması sayəsində Vətənimizin hüdudlarından kənarda da çox məşhurdur. Şəhərin tarixi, onun inkişafı məhz həmin sənaye müəssisələrinin və mədənlərinin tarixi ilə qırılmaz sürətdə bağlıdır. Daşkəsənin bir çox sənaye mərkəzlərinin yaranıb inkişaf etməsində böyük rolu olmuşdur. Daşkəsən filiz rayonunu "Azərbaycan Uralı” adlandırırlar. Daşkəsən Zaqafqaziyada əsas alüminum, dəmir və başqa metallar almaq üçün xammal mənbəyi olduğundan Uralı bu cəhətdən xatırladır. Buradakı dəmir filizi yataqlarının böyük gələcəyə malik olmasını vaxtilə məşhur rus alimi D. İ. Mendeleyev, İ. M. Qurkin və başqaları söyləmişdir. 1893-cü ildə D. İ. Mendeleyev yazırdı ki, Daşkəsəndəki zəngin zəy daşı nə İtalyada, nə də Macarıstanda vardı. Məqalədə Daşkəsən şəhərinin formalaşmasını əsaslandıran iqtisadi-tarixi amillər araşdırılmışdır. Şəhərin yaranması üçün əsas olan iqtisadi elementlər açıqlanmışdır. Daşkəsənin şəhərə çevrilməsinin iqtisadi əsasları verilmişdir. Daşkəsənin şəhər kimi formalaşmasını sürətləndirən proseslər ümumiləşdirilmişdi. Məqalədə arxiv sənədlərindən, Daşkəsən haqqında müxtəlif ədəbiyyatlardan istifadə olunmuşdur.
Keywords : Daşkəsən, Filiz mədən Sənayesi, Metallurgiya, Zavod

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026