IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:10 Issue:2
  • Güney Qafqaz bölgəsində sülhün və təhlükəsizliyin təmin edilməsində "Şuşa Bəyannaməsi"nin ...

Güney Qafqaz bölgəsində sülhün və təhlükəsizliyin təmin edilməsində "Şuşa Bəyannaməsi"nin rolu

Authors : Mübariz Ağalarli
Pages : 258-274
View : 223 | Download : 549
Publication Date : 2023-06-25
Article Type : Research Paper
Abstract :Sovet imperiyası dövründən miras qalan etnik münaqişə ocaqlarından biri də Dağlıq Qarabağ konflikti olmuşdur. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra (18 oktyabr 1991-ci il) bu münaqişə daha da böyüyərək Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olmuş, Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ münaqişəsi mərhələsinə qədəm qoymuşdur. Bunun nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunmuşdur. Müxtəlif beynəlxaq və regional təşkilatlarda. ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində münaqişənin siyasi həllinə nail ola bilməyən Azərbaycan Respublikası, bu tarixi ədalətsizliyi hərbi-siyasi güc vasitəsilə həll etmək iradəsini ortaya qoyaraq, BMT TŞ dörd qətnaməsinə uyğun olaraq, 2020-ci il sentyabrın 27- dən etibarən Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində "Sülhə məcbüretmə” ("Əks həmlə” əməliyyatı – M.A.) əməliyyatına başlamışdı. 2020-ci il sentyabrın 27- dən noyabrın 10-na kimi baş vermiş II Qarabağ müharibəsi nəticəsində Azərbaycan ordusu erməni işğalçılarını ağır məğlubiyyətə uğradaraq Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları düşmən işğalından azad etmiş və bölgədə yeni reallıqlar yaratmışdır. Ermənistanın acınacaqlı vəziyyətdən xilas etmək üçün Rusiyanın prosesə müdaxiləsi nəticəsində, 10 noyabr 2020-ci ildə Ermənistanın siyasi və hərbi məğlubiyyətini təsdiq edən kapitulyasiya aktı imzalanmışdır. 2021-ci ilin iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalamışlar.
Keywords : Güney Kafkasya Azerbaycan, Türkiye, Şuşa Beyannamesi, barış ve güvenlik

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026