IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:10 Issue:1 - Azerbaycan Halkının Milli Lideri Haydar Alirza Oğlu Aliyev'in Doğumunun 100. Yılı Special Issue
  • Heydər Əliyevin Müstəqil Dövlətçilik İdealları və Müasir Dövr

Heydər Əliyevin Müstəqil Dövlətçilik İdealları və Müasir Dövr

Authors : İsa HƏBİBBƏYLİ
Pages : 1-9
View : 83 | Download : 61
Publication Date : 2023-08-26
Article Type : Research Paper
Abstract :Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən mənsub olduğu xalqın tarixi müqəddəratında həlledici rol oynamışdır. O, hələ sovet hakimiyyəti illərində Azərbaycan xalqının milli mənafelərinin qorunub saxlanılması üçün böyük addımlar atmışdır. Heydər Əliyev sovet dövründə Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldıran görkəmli dövlət xadimidir. Məhz onun xidmətləri sayəsində Azərbaycan keçmiş Sovetlər İttifaqında ən inkişaf etmiş ölkələrdən birinə çevrilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin qurulması və möhkəmləndirilməsi də Heydər Əliyevin adı və mübarizəsi ilə üzvi surətdə bağlıdır. Bütün bunlara görə Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri kimi böyük tarixi ad qazanmışdır. “Heydər Əliyevin Müstəqil Dövlətçilik İdeallari və Müasir dövr” məqaləsi Heydər Əliyevin dünyagörüşünü, qırx ildən artıq böyük bir dövrdə həyata keçirdiyi milli dövlətçilik missiyasını, müstəqil respublika ideyasını, xalqının ana dili, təhsili, elmi, ədəbiyyatı, mədəniyyəti üçün cəsarətli və cəfakeş xidmətlərini, ərazi bütövlüyümüz naminə apardığı mübarizəsini, eyni zamanda keşməkeşli ömür yolunu hərtərəfli surətdə və yüksək ehtiramla dəyərləndirir, başqa cür desək, həqiqi alim təfəkkürü ilə tarixə həkk edir. Eyni zamanda “Heydər Əliyevin Müstəqil Dövlətçilik İdeallari və Müasir dövr” məqaləsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin döv¬lət¬çi¬lik tə¬li¬mi¬nin əsas ma¬hiy¬yə¬ti¬ və hə-dəf¬lə¬ri¬ təhlil edilir, görkəmli dövlət xadiminin mil¬li is¬tiq¬lal ide¬ya¬sının müasir dövrdə əhəmiyyəti elmi-obyektivliklə qiymətləndirilir.
Keywords : Azərbaycan, Heydər Əliyev, Müstəqil, Dövlət, Müasir dövr

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026