Journal article

Elmi Kitabxanalarda İnformasiyalaşdirmanin İnkişaf Perspektivləri

Abstract

XX əsrin sonunlarından başlayaraq elmi kitabxanalar, universitet kitabxanaları eləcə də digər fərqli təşkilati-hüquqi formada olan kitabxanalar texnologiyanın intensiv inkişafı, müxtəlif sahələrdə məlumatların və verilənlərin həcminin artması, istifadəçi seçimlərinin və məlumatlarının dəyişməsi səbəbindən xarici mühitin çətinlikləri ilə üzləşirlər. Kitabxana resurslarının və xidmətlərin yüksək performanslı tədqiqat mühitini yaraqmaq və saxlamaq üçün hələ də mükəmməl mühit yaradılmayıb və bütün fiziki məlumatlar rəqəmsal formatda mövcud deyil. Bununla belə, kitabxanalar sadəcə kitabların saxlanmasını təmin etməkdən daha mürəkkəb rol oynayır. Tədqiqat kitabxanaları, o cümlədən təhsil müəssisələrinin tədqiqat mühiti ilə ənənəvi əlaqələri mövcuddur. Bu tədqiqatın məqsədi resursların və xidmətlərin inkişafı sahəsində tədqiqat kitabxanalarının fəaliyyətinin strategiyalarını müəyyənləşdirmək və təhlil etməkdir. Alimlərə, mütəxəssislərə, aspirantlara və tələbələrə kitabxana-informasiya xidmətində 4 prioritet istiqamət nəzərdə tutulur: infrastrukturun və məkanın inkişafı, heterojen (çox formalı) elektron resursların, o cümlədən mətn və digər məlumat növlərinin yaradılması, açıq elm kontekstində “kitabxanaçı-tədqiqatçı” strateji tərəfdaşlığı, informasiya savadlılığı və media bacarıqları üzrə təlim istiqamətlərində diqqəti cəlb edir.

Keywords

InformasiyalaşdırmaInformasiya Kommunikasiya VasitələriƏn Müasir TexnologiyalarBulud TexnologiyasıKitabxanaçı Tədqiqatçı

124 views · 155 downloads