- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:10 Issue:2 Special Issue
- Azərbaycan Respublikası Kitabxanalarında Beynəlxalq Əlaqələrin Yaranması və Formalaşması
Azərbaycan Respublikası Kitabxanalarında Beynəlxalq Əlaqələrin Yaranması və Formalaşması
Authors : Mehmanəli Məmmədov
Pages : 464-477
View : 147 | Download : 241
Publication Date : 2024-01-12
Article Type : Research Paper
Abstract :Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq istənilən dövlətin beynəlxalq əlaqəlrinin ayrılmaz hissəsidir. Tarixən bu proses kitabxanaların yarandığı ilk dövrdən başlayıb, bütövlükdə insan sivilizasiyasının və eyni zamanda dünya kitabxana işinin inkişaf xüsusiyyətlərindən asılı olaraq bir sıra mərlələrdən keşmiçdir. Azərbaycanda sovet tipli kitabxanaların yarandığı gündən kitabxanaların beynəlxalq əlaqələrinə səmərəli bir iş metodu kimi yüksək qiymət verilmişdir. Həmin dövrdə respublikamızda kitabxana işinin mərkəzində duran və bir çox kitabxanaların fəaliyyətinə rəhbərlik edən əsas mərkəz Azərbaycan Dövlət Kitabxanası olmuşdur. Azərbaycan Dövlət kitabxanası yüksək ixtisaslı oxucuların, alimlərin, elmi-tədqiqat müəssisələrinin işçilərinin kitaba xüsusi ilə xarici ədəbiyyata olan tələbatını ödəyə bilmədiyindən xarici ölkə kitabxanaları ilə beynəlxalq kitab mübadiləsinin təşkilinə böyük ehtiyac olunmaqda idi. Kitabxana bu sahədə öz fəaliyyətini genişləndirməyə çalışsa da 20-30-cu illərdə bu işi qaydaya salmaq o qədər də asan olmamışdır. Respublikamızda kitabxanaların beynəlxalq əlaqələrinin qaydaya düşməsi 1950-ci illərdən sonra mümkün olmuşdur. Azərbaycanda bu işlə əsasən M. F. Axundov adına Dövlət Kitabxanası və Azərbaycan Milli Elmlər Akademiyasının elmi kitabxanası məşğul olmuşdur. Məqalə əsasən Milli Kitabxana olmaqla Azərbaycan kitabxanalarının beynəlxalq əlaqələrinin ümumi mənzərəsi və əməkdaşlıgın dinamikasını müəyyənləşdirmək məqsədi daşıyır.Keywords : Azərbaycan kitabxanaları, beynəlxalq əlaqələr, mədəni əlaqələr, əməkdaşlıq
ORIGINAL ARTICLE URL
