Journal article

Qədim Romada Qadın Olmaq

Abstract

Roma ailəsində qadın çox önəmli və müqəddəs sayılmışdır. Digər qədim dövlətlərlə müqayisədə Romadakı qadınlar hüquqi cəhətdən olmasa da sosial həyatda daha sərbəst olmuşdurlar. Kişilərin səlahiyyətlərinin üstünlük təşkil etdiyi Romada qadınların varlığı, ailə və ictimai həyatdakı fəaliyyətləri incələnmişdir. Qədim Roma əfsanələrindən tutmuş Romadakı hüquq sisteminə qədər hər sahədə qadın romalılar üçün önəmli fiqur olmuşdur. Məqalədə Romanın önəmli qadın fiqurlarından Rhea Silvia və Lucretia’nın həyatı, yaşadıqları, eyni zamanda Roma tarixi üçün niyə bu qədər önəmli olduqları incələnmişdir. Eləcə də, qadınların Roma hüququndakı və Roma ailəsindəki rolu də məqaləmizdə araşdırılmışdır.

Keywords

RomaQadınRhea SilviaLucretiaRoma hüququ

151 views · 213 downloads