IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:11 Issue:1
  • Dağıstanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi məsələsinə dair

Dağıstanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi məsələsinə dair

Authors : Leyla Hasanova
Pages : 654-665
Doi:10.46868/atdd.2024.676
View : 111 | Download : 111
Publication Date : 2024-04-02
Article Type : Research Paper
Abstract :Məqalədə 1918-1919-cu illərdə Azərbaycan və Dağlı respublikası arasındakı siyasi əlaqələr tədqiq olunmuşdur. Bu respublikalar 1918-ci ilin may ayında yaranmışdılar və hər iki respublika Osmanlı dövləti ilə diplomatik əlaqələr qurmuşdu.Osmanlı dövləti Qafqazda yaranan bu respublikalara siyasi və hərbi yardım edirdi. Azərbaycan və Dağlı respublikalarının ən ciddi rəqibləri Sovet Rusiyası və general Denikin idi: hər iki siyasi qüvvə Azərbaycanın və Dağlı respublikasının müstəqilliyini tanımır¬dılar. Müstəqilliyin qorunması üçün bu respublikalar birləşməyə can atırdılar. Azərbaycan Respublikasında bütün siyasi qüvvələr bu ittifaqı dəstəkləyirdilər. Ancaq Dağlı respublikasında Azərbaycanla birləşmək məsələsində vahid yanaşma yox idi. Dağlı respu¬blikasının Parlamenti 1919-cu ilin may ayında Dağıstanın Azərbaycana birləşmək məsələsini müzakirə etdi. Lakin müzakirələrdən sonra Azərbaycana birrləşmək haqqında konkret qərar qəbul olunmadı. Dağlı respublikasının siyasi xadimlərinin çoxu Azərbaycanla yalnız hərbi ittifaq yaratmağın tərəfdarı idi. Nəzərə alaq ki, Antanta dövlətləri də Dağıstanın Azərbaycana birləşməsinin əleyhinə idilər.
Keywords : Azərbaycan, Dağlı respublikası, Denikin, Könüllü Ordu, Temir xan Şura

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026