IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:11 Issue:1
  • XIX əsrin sonu XX əsrin əvvəllərində Şimali Azərbaycanda həyata keçirilmiş aqrar qanunların hazırlan...

XIX əsrin sonu XX əsrin əvvəllərində Şimali Azərbaycanda həyata keçirilmiş aqrar qanunların hazırlanmasının tarixi və mahiyyəti

Authors : Ceyhun Hüseynov
Pages : 714-724
Doi:10.46868/atdd.2024.683
View : 66 | Download : 330
Publication Date : 2024-04-02
Article Type : Research Paper
Abstract :Məqalədə Şimali Azərbaycanda çarizmin ağalığı dövründə həyata keçirilmiş aqrar islahatların dövlət kəndlilərinin torpaq mülkiyyət münasibətlərini tənzimləmək məqsədilə verilməsindən bəhs olunur. Məqalədə qeyd olunur ki, çarizm ilk illərində yerli idarəçiliyə toxunmamağa, onu özünün müstəmləkəçi maraqlarına, bu məqsədlə qarşısına qoyduğu məsələlərin həllinə uyğunlaşdırmağa çalışmışdı. Vaxt keçdikçə isə çarizm ümumrusiya qanunvericiliyini tədricən burada da geniş şəkildə tətdiq etməyə başlayır. Sosial-iqtisadi münasibətlərin inkişafı, inzibati, məhkəmə-hüquq islahatlarının həlli çar hökümətinin bu münasibətlər qrupunu tənzimləyən yeni normativ aktlar qəbul etməsi zərurətini yaradır. Bu, bir tərəfdən onun ümumimperiya idarəçilik sisteminə daxil edilməsinə, digər tərəfdən də burada imperiyanın müstəmləkə idarəçilik aparatının təşkilini həyata keçirilməsinə xidmət etməli idi. Vurğulanır ki, XX əsrin əvvəlləri çarizmin Şimali Azərbaycanda daxili həyatının bütün sahələrində, o cümlədən də aqrar sahədə müstəmləkəçi siyasətinin son dərəcə gücləndiyi dövrdür. Bu dövrdə Rusiya imperiyasında kapitalizmin inkişafı, onun dərininə və eninə inkişafı çarizmin ucqar əyalətlərinə münasibətdə yeritdiyi aqrar siyasətinə də öz təsirini göstərdi. Bu dövrdə Şimali Azərbaycanda da aqrar sahədə ciddi dəyişikliklərin edilməsi zərurəti meydana çıxır. Belə vəziyyət Cənubi Qafqazda kəndlilərin müvəqqəti mükəlləfiyyətli vəziyyətinin ləğvi məsələsini zəruri edir. Nəticədə XX əsrin əvvəllərində bu istiqamətdə islahatlar həyata keçirilir ki, hesab edirik ki, bu islahatlar çar hakimiyyətinin inqilab qorxusu qarşısında atdığı məcburi addımlar olmuşdur. Bu səbəbdən də həmin dövrdə çarizmin aqrar siyasətinin araşdırılması həm də daxili siyasi vəziyyətin gərginləşməsinin başlıca səbəblərinin müəyyən edilməsi baxımışdan da xüsusi aktuallıq kəsb edir.
Keywords : Təhkimçilik, torpaq sahibliyi, kəndli, vergi, aqrar siyasət

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026