IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:11 Issue:2
  • Ərazinin coğrafi xüsusiyyətlərinin diyarşünaslıq cəhətdən öyrənməsi

Ərazinin coğrafi xüsusiyyətlərinin diyarşünaslıq cəhətdən öyrənməsi

Authors : Elnare Seyidova
Pages : 1417-1424
View : 120 | Download : 136
Publication Date : 2024-06-07
Article Type : Research Paper
Abstract :Coğrafi diyarşünaslıq müasir ümumtəhsil məktəblərində tədris və tərbiyə işinin praktikasında formalaşmaqla təşkilati və metodik işlərin intensivləşdirilməsinin səmərəli pedaqoji vasitələrindən biri kimi qəbul edilir. Diyarşünaslığın müasir inkişafı dövrü onun elmi-pedaqoji problemlərinin tədqiqi ilə səciyyələnir və bu istiqamətdə bir çox işlər görülmüşdür. Yaşadığımız ərazidə hərtərəfli fiziki-coğrafi və iqtisadi-coğrafi tədqiqatların aparılması diyarşünaslıq işinin mürəkkəb məsələlərindən biridir. Bu vəzifə təkcə tələbələrin yaşadıqları ərazinin təbii şəraitinin (relyef, geoloji quruluş, torpaqları, bitki örtüyü və s.) hərtərəfli öyrənmək deyil, həm də onları təbii-ərazi kompleksi kimi tədqiq etməklə, onun təbii inqrediyentləri arasındakı əlaqəni və qarşılıqlı asılılığı aşkar etməkdən ibarətdir. Bu işdə ərazi istehsalının planlaşdırılması, iqtisadiyyatı və təşkili, istehsal münasibətləri, əhalinin sosial şəraiti məsələlərini ətraflı öyrənən tələbələr iştirak edir. Kompleks diyarşünaslıq tədqiqatları tematik ekskursiyaların, görüşlərin, xalq təsərrüfatı mütəxəssisləri ilə söhbətlərin təşkili, tələbələrin elmi-tədqiqat, axtarış, uyğun ədəbiyyatların, yerli dövri mətbuatın, yerli planlaşdırma orqanlarının materialları və s. ilə ətraflı tanış olması nəticəsində həyata keçirilir.
Keywords : Coğrafi diyarşünaslıq, fiziki coğrafi, iqtisadi coğrafi, yerli materiallar, öyrənmə

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026