Journal article
Əhalinin Yaşayış Keyfiyyətinə Təsir Edən Sosial-İqtisadi Amillər (Azərbaycan Respublikasının Böyük Qafqaz Vilayəti Timsalında)
Abstract
Məqalədə Böyük Qafqaz vilayətinə daxil olan iqtisadi rayonlarda əhalinin yaşayış keyfiyyəti və ona təsir edən sosial-iqtisadi amillərin qarşılıqlı əlaqəsi araşdırılmışdır. İqtisadi rayonlarda sosial-iqtisadi göstəricilər təhlil edilmiş və sosial xidmət sahələri, onların ərazi təşkili və inkişaf xüsusiyyətləri araşdırılmışdır. Vilayətdə əhalinin yaşayış keyfiyyətinə təsir edən əsas amillərdən, əhalinin gəlirləri, mənzil-kommunal şəraiti, ödənişli xidmətlərin təşkili, səhiyyə problemləri təhlil edilmişdir. Əhalinin yaşayış keyfiyyətinin yüksəldilməsi və onlara göstərilən xidmətlərin təşkilində sosial-iqtisadi xidmət sahələrinin inkişafına aid təkliflər verilmişdir.
Keywords
175 views · 352 downloads
