Journal article
Azərbaycan SSR Elmlər Akademiyası Sovet Totalitar Siyası Rejiminin Gücləndiyi Dövrdə (1945-1960-ci İllər)
Abstract
Təqdim edilmiş məqalə Azərbaycan SSR Elmlər Akademiyasının 1945-ci ildə yaranması, İkinci dünya müharibəsi başa çatdıqdan sonrakı dövrü əhatə edir. Bəhs etdiyimiz dövrdə respublikada elm sahəsində ciddi irəliləyişlər baş vermişdir. Elmlər Akademiyasının strukturu get-gedə təkmilləşirdi, yeni elmi-tədqiqat müəssisələri təşkil edilirdi, elmi kadrların sayı sürətlə artırılırdı. Bu dövr ərzində Elmlər Akademiyası nəhəng bir təşkilata, fundamental tədqiqatların əsas mərkəzinə çevrilmişdir. Elmi nailiyyətlərin istehsalata tətbiqi, savadlı, universal kadrların hazırlanması, iqtisadi strukturların elmi prinsiplər üzrə qurulması və inkişaf etdirilməsi sahəsində siyasətin başlıca tələbləri idi. Elmlər Akademiyasının institutları bir sıra elmi problemlər işləyib hazırlamış, çoxlu elmi əsərlər və monoqrafıyalar nəşr etdirmişdilər. Lakin, buna rəğmən, II Dünya müharibəsində SSRİ-nin qalib gəlməsi onun nəzarəti altında olan bütün regionlarda, o cümlədən, Azərbaycan SSR-də totalitarizmin daha da güclənməsinə səbəb oldu. Azərbaycanda inzibati amirlik sisteminin güclənməsi, repressiyaların yeni dalğası başlandı. Repressiyalar əsasən elm xadimlərinə, şair və yazıçılara qarşı çevrilmişdi. Tariximizin saxtalaşdırılması davam edirdi.
Keywords
130 views · 204 downloads
