IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:11 Issue:2
  • 1978-79-cu illər İran İnqilabından Sonra Güney Azərbaycan Ziyalıları

1978-79-cu illər İran İnqilabından Sonra Güney Azərbaycan Ziyalıları

Authors : Samed Bayramzadeh, Ayten Rahimova
Pages : 1323-1341
View : 145 | Download : 116
Publication Date : 2024-06-07
Article Type : Research Paper
Abstract :1978-1979-cu illərdə Pəhləvi şahlıq rejiminə qarşı inqilabi proseslərə qoşulan Güney Azərbaycan ziyalılarının siyasi baxışları sonradan yeni islam rejiminin qurulması ilə hakimiyyətə gəlmiş dini-klerikal dairələrin mövqelərini dəstəkləməklə məhdudlaşmamışdı. Belə ki, İran İslam Respublikasının sərt daxili siyasəti, təqiblər və edamlar, xüsusilə də XX əsrin 80-ci illərin sonlarından etibarən İranda siyasi repressiyaların güclənməsi ilə Güney Azərbaycan ziyalıları mübarizələrini siyasi müstəvidən daha çox milli-mədəni müstəviyə daşımışlar. Ziyalılar məhdud şərait və çətinliklərə baxmayaraq, milli düşüncələrini xalqa ədəbiyyat, incəsənət, mədəniyyət yolu ilə çatdırmağa, qorumağa və inkişaf etdirməyə çalışırlar. 1979-cu ildən bu günə İran siyasətində və dini həyatında kifayət qədər böyük nüfuza malik olan Güney Azərbaycanın din xadimləri, siyasi fiqurları ictimai fikirdə ciddi rol oynamağa başlayırlar. Bir çox ziyalı İranda qurulmuş yeni sistemə müxalifliyini qurucu və siyasi mühacirət həyatını seçməklə büruzə vermişlər. Bu məqalədə həmin dövrün siyasi proseslərinin analizi, İran İslam İnqilabında və repressiyaların gücləndiyi şəraitdə Güney Azərbaycan ziyalılarının mübarizəsi, həm siyasi, həm də milli-mədəni müstəvidə tədqiq edilmiş, eyni zamanda siyasi və ictimai təşkilatları araşdırılmışdır.
Keywords : ziyalılar, Güney Azərbaycan, İran, milli hərəkat, inqilab, azadlıq

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026