- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:2
- Şərq-İslam İntibah Dövrü Klassiklərinin Əsərlərində Maddi-Mədəniyyət Nümunələrinin Arxeoloji Materia...
Şərq-İslam İntibah Dövrü Klassiklərinin Əsərlərində Maddi-Mədəniyyət Nümunələrinin Arxeoloji Materiallarda Əksi
Authors : Kifayət əliyeva
Pages : 1365-1373
View : 67 | Download : 187
Publication Date : 2024-06-07
Article Type : Research Paper
Abstract :İslam İntibah dövrü şərq dünyasının ictimai, siyasi, iqtisadi və mənəvi həyatında möhtəşəm nailiyyətlərə imza atmışdır. Bu dövrdə bir sıra elmlər üzrə yeni əsərlər yaradılmış, mədəniyyət və estetik təfəkkür yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Fərqani, Furdovsi, Nizami, Biruni, Əbu Əli İbn Sina, Mahmud Qaşğari, Əhməd Yasəvi kimi dühaların elmi kəşfləri və yaradıcılığı insan təfəkkürünün inkişafında inqilabi dəyişikliyə səbəb olmuşdur. İntibah həmçinin şərqin müxtəlif dövlətlərinin, o cümlədən Azərbaycan şəhərlərinin, Mavərənnəhrin, Xarəzmin elm və mədəniyyət mərkəzlərinə çevrilməsinə səbəb olmuşdur. Bu məqalədə İntibah dövrü klassiklərinin əsərlərində xalqların qədim keçmişini əks etdirən arxeoloji və maddi-mədəniyyət abidələrinin izləri araşdırılmış, onların şərq dünyasında elmi və mədəni təfəkkürünün inkişafında, müxtəlif mədəniyyətlərə malik cəmiyyətlər arasında qarşılıqlı əlaqələrin qurulmasında yeri və əhəmiyyəti müəyyənləşdirilmişdir. Bu məqsədə nail olmaq üçün təsviri-müqayisəli metoddan istifadə olunub. Məqalənin mənbə bazasını Şərq-İslam İntibah dövrü klassiklərinin əsərləri təşkil edir.Keywords : arxeoloji abidələr, şərq memarlığı, şərq intibahı, maddi mədəniyyət, Mahmud Qaşğari
ORIGINAL ARTICLE URL
