- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:3
- Böyük Buş administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətləri Vətən tarixşünaslığında...
Böyük Buş administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətləri Vətən tarixşünaslığında
Authors : Balamirzə Məmmədli
Pages : 1605-1629
View : 164 | Download : 155
Publication Date : 2024-11-06
Article Type : Research Paper
Abstract :Sovet İttifaqının dağılması ilə dünyanın yeganə supergücünə çevrilmiş ABŞ-ın Azərbaycan Respublikası ilə ilk münasibətləri Böyük Buş (Corc Herber Volker Buş) administrasiyası dövrünə təsadüf edir. ABŞ nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada ən mühüm geostrateji möqveyə malik dövlətlərdən biri olan, öz dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanla ilk vaxtlardan diplomatik münasibətlər qurmaq marağında olmuşdur. Azərbaycanın da müstəqil xarici siyasət kursunda ABŞ ilə münasibətlər ən erkən vaxtlardan etibarən olduqca böyük əhəmiyyət kəsb etmişdir və etməkdədir. Böyük Buşun prezidentliyi illərində (1989, yanvar – 1993, yanvar) ABŞ və Azərbaycan arasında ilk siyasi-diplomatik münasibətlərin qurulması sahəsində bir sıra əməli addımlar atılsa da, bütövlükdə bu dövrdə iki ölkə arasında münasibətlər mürəkkəb, ziddiyyətli və anlaşılmaz xarakter kəsb etmişdir. Sözügedən dövr Vətən tarixşünaslığında mühüm tədqiqat obyekti olmuş, bir çox müəlliflərin araşdırmalarında öz əksini tapmışdır. Məqalədə həmin tarixşünaslıq materiallarının müqayisəli təhlili və ümumiləşdirmələr əsasında Böyük Buş administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətləri tədqiq edilir.Keywords : Azərbaycan, ABŞ, Böyük Buş, xarici siyasət, Azadlığı müdafiə aktı, 907 ci düzəliş, Vətən tarixşünaslığı
ORIGINAL ARTICLE URL
