IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:11 Issue:3
  • Balkan Türklərinin Edəbiyyatı: Azərbaycan Kontekstindən Nəzəri Baxış

Balkan Türklərinin Edəbiyyatı: Azərbaycan Kontekstindən Nəzəri Baxış

Authors : Xanım Sultanova
Pages : 1824-1832
View : 131 | Download : 81
Publication Date : 2024-11-06
Article Type : Research Paper
Abstract :Bu məqalədə Azərbaycan alimlərinin türk xalqları ədəbiyyatı sahəsində apardığı araşdırmalara əsasən Balkan türklərinin ədəbi-bədii təxəyyülü, poetik dünyagörüşü, milli-mənəvi dəyərlərə yanaşmaları , türklərin uzun əsrlər ərzində kompakt yaşadığı Balkan yarımadasında bu tarixi-çoğrafi ərazilərdə yaratdığı təfəkkür nümunələri, daha konkret olaraq Bolqarıstanda məskunlaşmış türklərın ədəbi həyatına qısaca nəzər salınır. Eyni zamanda repressiya qurbanı olmuş nakam şair Əhməd Cavadın Balkan müharibəsində birbaşa iştirak etməsindən, xeyriyyəçi, müxbir, katib qismində çalışmasından bəhs olunub. Görkəmli Azərbaycan şairləri Abbas Səhhətin, Abdulla Şaiqin və digərlərinin adı çəkilən müharibəyə münasibətləri açıqlanmış, onların bu müharibəni tənqid edən şeirlərindən örnəklər təqdim edilmişdir. Məqalədə bir tərəfdən, bu coğrafiyadakı türklərin başına gətirilən bəlalar, misli görünməmiş hadisələr, digər tərəfdən, onların poetik dünyaduyumunun ümumi mənzərəsini və xüsusi tərəflərini ayrı-ayrı yaradıcı şəxsiyyətlərin şeirlərindən nümunələr gətirməklə ortaya qoymağa çalışmışıq. “Dəftər ədəbiyyatı” adlandırılan ədəbi nümunələr haqqında məlumat vermişik. Bu baxımdan Bolqar və Balkan türklərinin şifahi və yazılı poetik yaddaşında yer almış və türk etnoqrafik milli düşüncəsində daşlaşmış etnik örnəklərin, sənət nümunələrinin ayrı-ayrı işğalçı və millətçi rejimlərdən necə hifz edildiyinə də toxunmağı zəruri hesab etmişik. Ən başlıcası türklərin hansı coğrafi məkanlarda yaşamasından asılı olmayaraq, öz milli kimliklərini qoruyub saxlamaq uğrunda mücadiləsini də ön plana çəkmişik. Məqalədə başlıca hədəf XX əsr Bolqar poeziyasında ortaq vətən anlayışı və milli-mənəvi dəyərlərə türklərin münasibəti araşdırılmış, tədqiqata cəlb edilmişdir.
Keywords : Bolqar türkləri, Vətən anlayışı, milli mənəvi dəyərlər, türk milli kimliyi, etnik və etnoqrafik yaddaş

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026