- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:4
- Nortenger Abbatlığı Romanı: Qotik Təhkiyədən Realist Romana Doğru
Nortenger Abbatlığı Romanı: Qotik Təhkiyədən Realist Romana Doğru
Authors : Sevinc əziz
Pages : 2226-2238
Doi:10.46868/atdd.2024.701
View : 92 | Download : 81
Publication Date : 2024-09-22
Article Type : Review Paper
Abstract :Təqdim olunan məqalədə Qotik romanların əsas xüsusiyyətləri araşdırılır, və məqalə müəllifi qeyd edir ki, ingilislər bu janra xas olan romanları oxuyarkən milli əlamətləri görməklə bərabər, eyni zamanda qismətdən qaçılmazlığın mümkün olmadığı qənaətinə gəlir. Məqalədə qeyd edilir ki bəzi tədqiqatçılar C. Ostinin Nortenger abbatlığı əsərini qotik janrında yazılan romanlarla müqayisə edir və bu əsəri Qotik romanlara parodiya hesab edirdilər. Müəllif C. Ostinin Nortenger abbatlığı əsərindən nümunələr gətirməklə Qotik janrına xas olan xüsusiyyətləri təsvir edir və bu janrın elementlərindən istifadə etməklə əsərin qotika estetikasına uyğun qavranılmasını hədəfləyir. Nortenger abbatlığı romanında cəmiyyətdə qadınlara qarşı hökm sürən qayda-qanunlar tənqid olunur və qeyd edilir ki, qadının əxlaqını şübhə altına alan hər hansı bir səhv onları cəmiyyətdən qovdura bilərdi. Əsər qotik, tərbiyə və sosial romanın əlamətlərini özündə birləşdirən realist roman kimi dəyərləndirilməlidir.Keywords : İngilisçilik, Qotik Romanlar, Satira, Polemika, Sosial Status, Kübar Davranışlar
ORIGINAL ARTICLE URL
